QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA APARILAN İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ
İkinci Qarabağ Zəfər Müharibəsində qazandığımız tarixi qələbədən sonrakı proseslər və işğaldan azad olunan rayonlarımızda gedən inkişaf bütün dünyaya ölkəmizin qüdrətini bir daha göstərdi. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ölkəmiz üçün ən vacib məsələ olan bütün iqtisadi resusların o cümlədən də aqrar sənayenin inkişafı üçün artıq böyük işlər görülür.
Ölkə prezidentinin fərmanı ilə yaradılmış iqtisadi zonalar da elə bu məqsədi daşıyır. Kənd təsərrüfatının inkişafı və əhalinin sosial rifahının daha da yaxşılaşdırmaq üçün ölkə başçısının 7 iyul 2021-tarixli fərmanı əsasında yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonu ― Azərbaycanın 14 iqtisadi rayonundan biri olaraq, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir. Ərazisi 7448 km²-dir. Təkcə Laçında, Şuşada və Kəlbəcərdə yaradılacaq turizm bölgələrinə görə bu yerlərə hər il on minlərlə turist cəlb edəcək ki, bu da gözəl iqtisadi nəticələrdən xəbər verir. Qarabağ iqtisadi rayonu ölkə başçısının 7 iyul 2001 il tarixli fərmanı əsasında yaradılmış 14 iqtisadi rayonlarından biridir. Tərkibinə Ağcabədi Ağdam, Bərdə Füzuli Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri daxildir Sahəsi 7330 km²-dir. 2020-ci ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da Azərbaycanın ümumi əhalisinin 8,94%-ni təşkil edir. Əhalinin sosial rifahını daha yüksək inkişaf etdirmək üçün Qarabağ iqtisadi rayonunda iri kənd təsərrüfatı sahələrinin yaradılması ən mühüm amildir. İlkin olaraq əsas məsələ bu sahəyə maraqların artırılmasıdır. Misal üçün bir vaxtlar Bakıda gedən nəhəng tikinti sahələrində verilən əmək haqqının sabit olmağı səbəbindən bu sahədə çalışanların sayı sürətlə çoxalırdı. Şəhərin hər yerində gedən tikinti quruculuq işlərində yüzlərlə insan çalışırdı bu da, qara bazarda işsizlik probleminin həllində mühüm rola malik idi. Bu gün bu cür mexanizm artıq Qarabağda tikinti sahələrində, 30 il ərzində düşmənin dağıb viran qoyduğu şəhər və kəndlərdə qurulusa da, bununla eyni vaxtda Qarabağın dağ və aran bölgələrində kənd təsərrüfatının inkişafı üçün də vacib olduğunu bu yerlərin bərəkətli torpaqlarının əkilib becərilməsi ilə də göstərilmədir. İri torpaq sahələrində çalışacaq insanların sosial durumları nəzərə alınaraq gördüyü işlər müqabilində əmək haqlarından əlavə həvəsləndirici mükafatlar, maddi maraqların güclənməsi üçün bütün dəstəklər verilməlidir. Üzümçülük, bağçılıq, pambıqçılıq sahələrində çalışmaq üçün bu cür mexanizmi bütün regionlarda tətbiq edərək həm ölkə iqtisadiyyatını daha da yüksək inkişaf etdirmək, həm də işsizlik probleminin həllini demək olar ki kökündən həll etmək olar. 30 illik işğal dövründə əkin sahələrindən, otlaqlardan örüşlərdən uzaq qalmış yüz minlərlə yerli sakin bu yerlərdə yenidən bolluq içərisində yaşamağa davam edəcəkdir. Rayonun əlvan metallurgiyanın inkişafı üçün potensialı vardır. Ərazisində qızıl, civə, xromit, mərmər, perlit, üzlük tikinti daşları koral, və s. faydalı qazıntı ehtiyatları vardır.o cümlədən Şərqi Zəngəzur rayonunda coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Tarixi memarlıq abidələri siyahısına Gəncəsər, Ağoğlan, monastırları, Gürcülü, Məmmədyli türbələri, Xudafərin körpüsü və digər tarixi yerlər daxildir ki bunlar da özlüyündə bölgədə turizmin inkişafına töhfə verəcəkdir. Şərqi Zəngəzurda dağ mədən sənayesi, daş karxanaları yüzlərlə işçinin çalışacağı daimi iş yerlərinə çevrilməlidir. Bu gün həm dövlət həm də xalq birliyi ilə bütöv yumruq olaraq necə düşmənləri geri oturdub vətən torpaqlarını necə azad etdiksə indi də bu yurd yerinin münbit torpaqlarını ölkə iqtisadiyyatının əsas mənbəyinə çevirmək üçün birlik göstərməliyik. Qarabağ və Zəngəzur bölgəsi elə bir vacib coğrafi əhəmiyyətli ərazilərdə yerləşir ki, əsas da Zəngəzur bölgəsi zəngin iqtisadiyyatı ilə daima mühüm əhəmiyyətli yurd yerimiz olmuşdur. bu bölgəni zorla qoparıb Ermənistana birləşdirməklə məqsəd nəinki Naxçıvanı blokadaya almaq, bir müddət sonra Naxçıvanı da Ermənistana birləşdirmək planı idi. Zəfər müharibəsi düşmən üzərində ən böyük qələbəmizdən əlavə düşmənlərimizin xarici dəstəklərini də məğlubiyətə uğradıb dərindən məyus etdi Qarabağ müharibəsindən dərhal sonra imzalanan ” Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
9. maddə:
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaqdır və bu dəhliz vasitəsilə ölkəmizin iqtisadi potensialı daha sürətlə güclənəcəldir
Sənan İbrahimov
İqtisadçı