Şimali Makedoniyada türkcə kitablar satılan bazara hücum olub – FOTO
Şimali Makedoniyanın paytaxtı Skopyedə türkcə kitablar satılan “Skopye Sahafhane” adlı ünvana hücum olub.
Bu barədə Agsaqqallar.com-a açıqlamasında Şimali Makedoniyada fəaliyyət göstərən Türk Millətçi partiyasının sədr müavini, TAİB-in İdarə Heyətinin üzvü, sabiq nazir Elvin Hasan məlumat verib:
“Skopyenin köhnə türk bazarında yerləşən və Şimali Makedoniyada türkcə kitablar ala biləcəyiniz yeganə ünvan olan Skopye Sahafhane kimi narahat edə bilər? Türk mədəniyyəti və dilinin kimə nə zərər var? İllərdir aparılan müsəlman qardaşlığı təbliğatına aldanmışıq. Biz hər kəsə, bütün dinlərə, millətlərə, mədəniyyətlərə və dillərə hörmət edirik. Biz, bu torpaqlarda belə gördük, yaşadıq, amma türk dilini qorumaq üçün fəaliyyət göstərdiyimiz halda niyə təzyiqlərə məruz qalırıq? Qardaşlığımıza nə oldu? Qeyd edim ki, bazardakı dükan sahiblərinin 90 faizi müsəlmanlardır”.