Ərdoğan: “28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq”
![](https://agsaqqallar.com/wp-content/uploads/2023/05/49493cae-edeb-3839-992f-a18663977db9_850.jpg)
Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq.
Agsaqqallar.com Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdəki paylaşımında bildirib.
“Mayın 28-nə kimi dayanmadan, dincəlmədən sevimli millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik”, – Ərdoğan qeyd edib.
Türkiyə lideri bildirib ki, nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi 85 milyon nəfərlə türk demokratiyası və türk Milləti oldu.
“Mayın 14-də seçkiyə gedərək azad iradəsini əks etdirən bütün vətəndaşlarıma və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm”, – Ərdoğan vurğulayıb.
O, əlavə edib ki, Türkiyə göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi.
Oxşar Xəbərlər
- Heydər Əliyevin həyat yolu – Vətənə, xalqa xidmətin misilsiz nümunəsi
- Prezident: “Dünya gördü ki, Azərbaycanın yanında Türkiyə kimi böyük bir güc olan dövlət var”
- Saatlı, Sabirabad və İmişli rayonlarında yaşayan, müəllim olmaq istəyən və ya diaqnostik nəticələrini yüksəltməyə çalışan hər kəsin nəzərinə…