Türkiyədə seçkilər demokratik və şəffaf keçdi – Əhliman Əmiraslanov
14 May 2023-cü ildə Türkiyə Cumhuriyyətində keçirilən Cumhurbaşkanı və Parlament seçkilərini izləmək üçün Türkiyə Xarici İşlər Nazirliyinin dəvətilə Türkiyədə olan Türk Dövlətləri Parlamentləri Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası yekun mətbuat konfransı keçirərək seçki prosesində apardıqları müşəhidələrlə bağlı məlumatı Kütləvi İnformasiya Vasitələrinə bildiriblər.
Mətbuat konfransında Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi TÜRKPA qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev, Anar Məmmədov, Qazaxstan və Qırğızıstanın parlament üzvləri və TÜRKPA Katibliyinin əməkdaları iştirak ediblər.
Agsaqqallar.com xəbər verir ki, TÜRKPA Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mətbuat konfransını açaraq bildirib ki, “TÜRKPA Seçki Müşahidə Missiyası, 11 May 2023-cü il tarixində Türkiyədə vəzifəsinə başlamış və işlərini 15 May 2023-cü ilə qədər aparmışdır. Seçki Müşahidə Missiyası namizədlər, Parlament, Seçki komissiyasının rəsmiləri ilə görüşmüş, bu görüşlərdə, seçki məntəqlərinin fəaliyyəti, seçici və namizədlərin qeydiyyatı, seçki hazırlıqları haqqında detallı məlumatlar əldə edib. Eyni zamanda nümyəndələrimiz ayrıca prezidentliyə namizədlərin nümayəndələri, seçkilərə qatılan siyasi partiyaların təmsilçələri ilə də görüşərək seçki platformaları və seçki öncəsi kampaniyaları haqqında məlumat almışdır.
Müşahidə Missiyamız, seçki günü müxtəlif Seçki Məntəqələrini ziyaret ederek, seçki qutularının açılmasından səslərin sayılmasına qədər olan bütün prosesləri müşahidə edib. Missiya üzvləri səsvermənin gedişini izləyib və yerlərdə seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə görüşüblər. Müşhaidə etdiyimiz məntəqələrdə səsvermə prosesi sakit və demokratik şəraitdə keçib.
Missiya baş çəkdiyi seçki məntəqələrində ümumi səsvermə prosesini müsbət qiymətləndirib. Səsvermə prosesi mütəşəkkil və nizamlı şəkildə təşkil olunmuşdur. Müşahidə olunur ki, seçki idarəetmə orqanları seçkilərin mükəmməl keçirilməsi üçün kifayət qədər vəsait xərcləmiş və bu işə peşəkarlıqla hazırlaşmışlar. Missiya Türkiyə Cumhuriyyətində keçirilən seçkilərin beynəlxalq müşahidəsi üçün nəzərdə tutulmuş hüquqi və logistik şəraiti yüksək qiymətləndirir.
Beləliklə, Türk Dövlətləri Parlamentləri Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası, Türkiyə Cumhuriyyətində 14 may 2023-cü ildə keçirilmiş Prezident və parlament seçkilərinin Türkiyə Cumhuriyyətin milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib.