QHT Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.

Agsaqqallar.com xəbər verir ki, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (Güvenlik ve Acil Durumlar Koordinasyon Merkezi – GAMER), Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Ahmet Türkoz və nümayəndə heyəti ilə, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar və nümayəndə heyəti ilə, Türkiyə Respublikası KAMUSEN (Cəmiyyət İşçiləri Həmkarlar İttifaqı Konfederasiyası) rəhbərinin müavini Talip Geylan, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar ilə və digər görüşlər keçirilmişdir.

Görüşlərdə Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf etdiyi, iki ölkənin prezidentləri cənab İlham Əliyev və cənab Rəcəp Tayyip Ərdoğanın şəxsi dostluq münasibətlərinin bu prosesi, bu qardaşlığı daha da uğurlu gələcəyə apardığı qeyd edilib. Azərbaycan və Türkiyə arasında olan siyasi, iqtisadi, mədəni və digər sahələrdə olan birlik-qardaşlıq münasibətlərinin, vətəndaş cəmiyyəti qurumları arasında da olduğu və bu prosesin davam etdiriləcəyi qeyd edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR