" />

“Ulu öndər Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər tarixi əhəmiyyətə malikdir” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ulu öndər Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar,elmi-nəzəri gücü ilə yanaşı, təcrübədə istifadə xüsusunda da xüsusi əhəmiyyətə malikdir”.

Bunu Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov TAİB-in Heydər Əliyevin 100 illiyi ilə bağlı bu gün İstanbulda təşkil etdiyi konfransın mövzusu barədə Facebook səhifəsindəki paylaşımında qeyd edib.

R. Əhmədov qeyd edib ki, Heydər Əliyev Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin hərtərəfli sxemini müəyyən edib:
“Azərbaycanın iqtisadi, siyasi problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək, türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək, — türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s.

Qeyd olunan istiqamətlər bu gün Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilir, ulu öndərin göstərdiyi yolda inamlı addımlar atılır.

TAİB-in Heydər Əliyevin 100 iliyi ilə bağlı bu gün İstanbulda təşkil etdiyi konfransdakı çıxışların da kontekstini qeyd etdiyim məqamlar təşkil etdi” – deyə, TAİB Təsisçisi vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR