TAİB Qadınlar Şurasının sədri Qazaxda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda keçirilən tədbirdə iştirak edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB Qadınlar Şurasının sədri 8 may 2023-cü il tarixdə Qazax Müalicə Diaqnostika Mərkəzində “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda keçirilən tədbirdə iştirak edib.

İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxıblar.

Qazax MDM-in konfrans zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyət Heydər Əliyev haqqında ürək sözlərini bölüşüb. İcra başçısı Ulu Öndərin Azərbaycanda fəaliyyətdə olduğu bütün dövrlərdə yalnız və yalnız xalqına ləyaqətlə, sədaqətlə xidmət etdiyini, xalqının rifahı, ölkənin milli maraqları üçün misilsiz xidmətlər göstərdiyini bildirib. Rayon rəhbəri Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olduğunu qeyd edərək xalqımızın böyük oğlunu hər zaman hörmət və ehtiramla yad etdiyini söyləyib.

Qazax Müalicə Diaqnostika Mərkəzinin direktoru Kamandar İbrahimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyətin 100 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. K.İbrahimov bildirib ki, Azərbaycanın rəhbərliyi dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

YAP-ın Qazax rayon təşkilatının sədri Anar Nəbiyev və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının entoqrafiyası” şöbəsinin müdiri, Türk Ağsaqqalları Birliyinin (TAİB) Qadınlar Şurasının sədri, Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Güllü Yoloğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti naminə gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, misilsiz xidmətlərdən söz açıblar.
Sonra isə Qazax Müalicə Diaqnostika Mərkəzinin həkimləri Cəbrayıl Vəlizadə, Elxan Bayramov,Nigar Dəmirçiyeva və Leyla Nəsibova öz çıxışlarında Ulu Öndərin əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili və Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması olmağından danışdılar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR