TAİB Qadınlar Şurasının sədri Güllü Yoloğlu Qazaxda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfransda iştirak edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB Qadınlar Şurasının sədri Güllü Yoloğlu Qazaxda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfransda iştirak edib

Agsaqqallar.com xəbər verir ki, may ayının 6-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurası və Dünya Türkologiya Mərkəzi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Milli ideologiyamızın formalaşmasında və mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirmişdir.

Əvvəl konfrans iştirakçıları Azərbaycan torpaqlarının azad olunmasında şəhid olmuş Vətən övladlarının xatirəsinə ucaldılan abidənin qarşısına qərənfillər qoydular. Daha sonra Mərkəzin baş məsləhətçisi Yeganə Göyüşlü Konfrans və iştirakçılar haqqında, Ulu Öndər Heydər Əliyevin hərtərəfli fəaliyyəti ilə bağlı məlumat verdi, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi haqqında videoçarx nümayiş etdirildi.

Giriş sözündə gələnləri salamlayan Qazax rayon İH-nin başçısı hörmətli Rəcəb Babaşov rayonda gedən abadlıq-quruculuq işlərindən danışmaqla bərabər Ulu öndərin mənəvi dəyərlərimizin təbliğindəki rolu barədə də geniş məlumat verdi. Konfransda çıxış edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının sədri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu Heydər Əliyev və “Kitabi Dədə Qorqud” filmindən qısa bir videonu göstərdikdə sonra Heydər Əliyev fenomeni haqqında danışmış, öz kitablarını R. Babaşov və Y. Göyüşlüyə təqdim etmişdir. Daha sonra Qazax ziyalılarından İ. Arıxova, H. Mehdiyeva, A. Bayramova və M. Abdullayeva da çıxış edərək öz məruzələrində Ulu öndərin həyatımızın müxtəlif sahələrinə müsbət təsirindən danışdılar.

Konfransdan sonra qonaqlar xatirə şəkli çəkdirdilər.

Y. Göyüşlü Güllü xanımı Mərkəzlə yaxından tanış etdi. Qazax rayonu İH-nin birinci müavini Gülayə xanım qonağı Qazax Rayonu Tarix diyarşünaslıq Mərkəzinə aparmış, maraqlı məlumatlarla tanış etmiş, Güllü Yoloğlu da rəylər kitabına ürək sözlərini yazmışdır…

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR