Prezident və birinci xanım yenidən ŞUŞADA
![](https://agsaqqallar.com/wp-content/uploads/2023/05/1683542500_16818032471322948748643e47ef38918.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər.
Agsaqqallar.com xəbər verir ki, dövlət başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.