Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət başçısı postuna növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb.

Agsaqqallar.com xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov özünün “Telegram” kanalında yazıb.

Bir müddət öncə Prezident Şavkat Mirziyoyev növbədənkənar seçkilərin keçirilməsinə imkan verən qanunu imzalayıb. Parlamentin hər iki palatasının dəstəklədiyi sənəd mayın 8-də qüvvəyə minib.

Əvvəllər Özbəkistanın seçki qanunu növbədənkənar prezident seçkilərinin keçirilməsinə yalnız dövlət başçısı vəzifəsini icra edə bilmədiyi halda icazə verirdi.

Qeyd edək ki, aprelin 30-da Özbəkistan konstitusiyasına düzəlişlər üzrə referendum keçirilib. Düzəlişlər arasında prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qaldırılması da var. Beləliklə, dövlət başçısı Şavkat Mirziyoyevin müddəti sıfırlanacaq və o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək. Bundan əlavə, yeni düzəlişlərə əsasən Özbəkistan sosial dövlət elan olunur və ölkədə ölüm hökmü ləğv edilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR