" />

HEYDƏR YOLU

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dövlətçilik qayəsi Azərbaycan Bayrağının ucalığı olan ümummilli lider, xilaskar öndər Heydər Əliyevin yaddaş aynamızda məna siqləti ilə bərq vuran “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” deyimi qutsallıq məqamında olan məslək-məramın ifadəsi, bəyanı və sabahımıza gedən mənəvi yoldur.

Dühasından söküldü dan,
Şəfəqləndi Azərbaycan.
Önümüzdən ötdü duman…
Günəş, nurdur Heydər yolu!

Uca olur xalqla rəhbər;
Gəlişiylə müjdə, xəbər…
O, xalq dedi, xalqsa Heydər!
Məslək, hürdür – Heydər yolu!

Uca bayraq şöləsində,
Himnimizin gur səsində,
Hər sözündə, kəlməsində
Qutsal, pirdir Heydər yolu!

Əzəməti – el qüvvəti,
Dəyanəti – ər qüdrəti,
Vətən adlı qüdsiyyəti
Şan, qürurdur – Heydər yolu!

Gedənindir – yol deyiblər,
Özü yoldur Ulu Öndər!
Nəsil-nəsil yol gedilər…
Bu yol birdir – Heydər yolu!

Tapdıq ƏLİBƏYLİ
Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR