Azərbaycanın 5 güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə medal qazanıb
Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət yığması Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıb.
Agsaqqallar.com xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında millinin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub.
Oxşar Xəbərlər
- “Mehriban xanımın Prezidenti müşayiət etməsi, səfərlərə xüsusi rəng qatır” – Ramin Əhmədov“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir. Cənab Prezident bu günə qədər Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Hadrud, Laçın və Kəlbəcər rayonlarında səfərdə olub. Ölkə başçısının qeyd edilən ərazilərə hər səfəri fərqli və səmimi görüntülərlə yadda qalır. Prezidentin füsunkar təbiətə malik Kəlbəcər rayonuna səfəri də məhz belə oldu. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara gedərkən onu ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın müşayiət etməsi səfərlərə xüsusi rəng qatır”. Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışarkən deyib.
- Türkiyənin yeni səfiri Bakıya gəlir
- Azərbaycanda hərbi birliklərdə yoxlamalar: Nöqsanlara yol verən vəzifəli şəxslər cəzalandırıldı – RƏSMİ