TAİB-in İdarə Heyətinin üzvləri bu gün Suraxanı rayonu İcra Hakimiyyətində keçirilən konfransda iştirak ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvləri bu gün Suraxanı rayonu İcra Hakimiyyətində keçirilən konfransda iştirak ediblər

Aprelin 26-da Suraxanı rayon İcra Hakimiyyəti, Türk Ağsaqqalları Birliyi -TAİB və Dünya Türkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın Dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” adlı konfrans keçirilib.

Konfrans iştirakçıları tərəfindən ilk öncə Əmircan qəsəbəsi, Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qonaqları salamlayıb, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və bununla əlaqədar Suraxanı rayonunda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Ə.Əzizov bildirib ki, Ulu Öndərin uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.

Konfransda YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının sədri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlu, AMEA-nın Elm və Təhsil Şöbəsinin müdiri, texniki elmlər üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, BDU-nun hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev, Azneft İB-nin Dalma Qurğularının təmiri və kirayəsi üzrə ekspermental istehsalat müəssisəsinin direktoru Cavanşir Allahverdiyev, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri Nəsibə Əliyeva çıxış edərək Ulu Öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğu sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR