Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrasına böyük töhfə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrasına böyük töhfə

“Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 25 aprel tarixində Bolqarıstana növbəti səfər edib.
Səfər çərçivəsində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan), Eustream (Slovakiya) və SOCAR (Azərbaycan) arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə baş tutub. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə tədbirə onlayn formatda qoşulub. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Rumıniyanın energetika naziri Virgil Daniel Popescu, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıb.
Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Dövlət liderlərinin ölkələrimiz arasında yüksək səviyyəli münasibətləri, həmrəyliyi və strateji tərəfdaşlığı təmin edən siyasət və xidmətlərinin töhfəsi olaraq Azərbaycandan Avropaya təbii qaz tədarükünün yeni bir istiqaməti üzrə birgə əməkdaşlığa imza atılıb. Bu sənədin imzalanması “Həmrəylik halqası” təşəbbüsünün həyata keçirilməsində mühüm addımdır. Bu yeni layihə iki ildən artıqdır ki, Cənub Qaz Dəhlizi sayəsində tərəfdaşlarımızın etibarlı və sabit enerji təchizatında strateji rol oynayan Azərbaycan qazının alternativ marşrutla yeni bazarlara çıxışını təmin edəcək.
“Həmrəylik halqası” marşrutundakı infrastrukturların təkmilləşdirilməsi xüsusi əhəmiyyətə malikdir və bu Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrasına böyük töhfə verəcəkdir.

Fərmin Quliyev

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR