Şimali Kipr Türk Respublikasında “Beynəlxalq Uşaq Şənliyi” keçirilib – FOTOLAR
Şimali Kipr Türk Respublikasında fəaliyyət gösdərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Lefkoşa Yunus Əmrə İnstitutu ilə birlikdə “Beynəlxalq Uşaq Şənliyi” keçiriblər.
Agsaqqallar.com xəbər verir ki, tədbirin məqsədi Türkiyədə baş verən böyük zəlzələ fəlakətindən sonra Şimali Kipr Türk Respublikasında yaşamaq məcburiyərində qalan uşaqların inkişafına və vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulub.
Cəmiyyətdən bildirilib ki: “6 fevral 2023-cü il tarixdə Türkiyənin 11 vilayətində baş verən zəlzələ böyük itkilərə səbəb olub. Bu fəlakətdən sonra yüzlərlə ailə Şimali Kiprə köçmək məcburiyətində qalıb. Onlar arasında çox sayıda uşaqlar var. Uşaqların ruh yüksəkliyinin bərpa olunması, sosial həyatlarının yaxşılaşdırılması, keçiriliən musiqili, əyləncəli tədbirlərlə motivasiyalarının yüksəldilməsi planlaşdırılıb”. Cəmiyyətə məxsus mədəniyyət mərkəzində keçirilən tədbirə həmçinin Şimali Kiprdə yaşayan soydaşlarımız ilə birlikdə digər Türk respublikasından da uşaqlar dəvət olunub.
“Beynəlxalq Uşaq Şənliyi” açılışında çıxış edən AKDC sədri Orxan Həsənoğlu qonaqlara iştrakları üçün təşəkkür edib. Şənlikdə iştırak və dəstək sərgiləyən Türkiyə Cumhuriyəti Lefkoşa səfirinin xanımı Birgül Feyzaoğluna öz minnətdarlığını bildirib. Natiq qeyd edib ki: “Mustafa Kamal Atatürk Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyib. Uzun illər sonra isə ulu öndər Heydər Əliyev isə biz bir millət iki dövlətik ifadəərini bizə miras olaraq buraxmışdır. Bu gün hər iki ölkınin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bi birliyin daha da möhkəmlənməsində ciddi iradə sərgiləməkdədirlər. Türkiyənin yaşadığı ağır zəlzələ fəlakətinin açdığı yaraları birlikdə sarmaq üçün əl-ələ verməkdəyik. Bu birliyimiz gələcəyimiz olan uşaqların həyatının ən qısa zamanda normala qayıtmasına səbəb olacaq. Türkiyə-Azərbaycan birliyi əbədi olacaq”.
Daha sonra Lefkoşa Yunus Əmrə İnstitutu müdür əvəzi Abdulah Aktaş çıxış edib. Natiq bu şənliyin baş tutmasından dolayı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin hər bir əməkdaşına öz təşəkkürünü bildirib. İki qardaş ölkənin böyük zəlzələ sonrasında birlikdə hərəkət etdiyini, Azərbaycan xalq və dövlətinin bütün imkanarını səfərbər etdiyini bildirib. Abdullah Aktaş: “Bu gün burada müxtəlif ölkələrdən uşaqlar var. Beynəlxalq atmosferdə onların birlikdə olmaları olduqca əhəmiyyərlidir. Bu gün Sizin gününüzdür əziz uşaqlar. Doyunca birlikdə əylənin” deyə vurğulayıb. Tədbir azərbaycanlı şagirdlərin şeirlər oxuması, musiqi nömrələri, ebru sənəti, milli oxculuq, seramika sənəti, manqala oyunları və digər əyləncələr ilə davam edib.