Nizami rayonunda akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” adlı tədbir keçirilib.

Agsaqqallar.com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermişdir.

Qeyd olunub ki, Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” adına və oftalmologiya aləmində ən yüksək mükkafata – akademik Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır.

Tədbirdə həmçinin Mili Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, görkəmli oftalmoloq, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru, professor Paşa Qəlbinur, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə xanım Quliyeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov akademik Zərifə Əliyevanın mənalı ömrü və parlaq fəaliyyəti ilə bağlı çıxış edib, onun elmi irsindən indiki və gələcək nəsillərin, xüsusilə də Azərbaycan gənclərinin hər zaman lazımınca bəhrələnəcəyini bildiriblər.

Çıxışlardan sonra “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” adlı videofilm nümayiş olunub.

Tədbir Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan bədii hissə ilə davam edib. Görkəmli incəsənət nümayəndələri və müğənnilər Zərifə xanıma həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR