Türkiyənin “Hürjet” reaktiv təlim təyyarəsi ilk uçuşunu keçirib
Türkiyə istehsalı olan “Hürjet” reaktiv təlim təyyarəsi ilk uçuşunu keçirib.
Agsaqqallar.com xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
“Türkiyə yüz ilinə ərməğan olsun”, – dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, “Hurjet” Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildə Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. “Hurjet” 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.