Özbəkistanlı alim: “Arxivlərdə ermənilərin soyqırımı ilə bağlı iddiaları təsdiqləyəcək bircə fakt da yoxdur”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“İşlədiyim arxivlərdə ermənilərin qondarma sıyqırımı ilə bağlı iddialarını təsdiqləyəcək bircə fakta da rast gəlməmişəm”.

Agsaqqallar.com xəbər verir ki, bunu özbəkistanlı tarixçi Şöhrət Barlas “Anadolu”ya müsahibəsində deyib.

31 ildir ermənilərin Mərkəzi Asiya, Qafqaz və Anadoludakı fəaliyyətlərini araşdıran tarixçi bildirib ki, obyektiv alimlər heç vaxt ermənilərin iddialarını dəstəkləməyib: “Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddiaları əsassızdır. Onların dediklərini sübut edə biləcək fakt yoxdur. Həmin iddialar tarixi sənədlərə əsaslanmır. Araşdırma apardığım bütün arxivlərdəki sənədlər 1915-ci il aprelin 24-də ermənilərin öldürülmədiyini göstərir”.

Ş.Barlasın sözlərinə görə, ermənilərin bu cür iddialar ortaya atmalarında məqsəd 1915-ci il hadisələri ilə bağlı Türkiyəni ittiham etmək və Çanaqqala müharibəsinin dünya tarixindəki rolunu kiçiltməkdir. O vurğulayıb ki, bu iddialar həqiqətə uyğun deyil.

Alim bildirib ki, əslində ermənilər Fərqanə vadisində 35 min nəfəri öldürərək qətliam törədiblər: “Keçən əsrdə Rusiyada çarlıq idarəçiliyi ləğv olundu. Bundan sonra Mərkəzi Asiyada yaradılan Türkistan Muxtariyyətini ləğv etmək üçün rus bolşevikləri Xəzər dənizi vasitəsilə Aşqabada, sonra da Fərqanə Vadisinə qatarla 10 vaqon daşnaq döyüşçü göndərib. Bolşeviklər təhlükə olaraq gördükləri bu yeni dövləti məhv etmək üçün erməni daşnaq silahlı dəstələrindən istifadə edib”.

Özbəkistanlı tarixçi söyləyib ki, daşnaqların Türkistan Muxtariyyətini məhv etmək üçün 1918-ci il fevralın 13-də başlatdıqları və 3 ay davam edən qətliam nəticəsində Fərqanə vadisində 200-dən çox şəhər və yaşayış yeri yerləbir edilib, minlərlə ev dağıdılıb, əksəriyyəti yaşlı, qadın və uşaq olan ümumilikdə 35 mindən çox insan öldürülüb: “Daşnaqların Fərqanə vadisindəki vəhşiliklərini əks etdirən sənədlər Özbəkistanın fərqli kitabxanalarında, arxivlərində var. Bütün bunlar onu göstərir ki, əslində ermənilər Fərqanə vadisində 35 min nəfəri öldürərək qətliam törədiblər”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR