Çavuşoğlu İraq türkmənlərinin lideri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraq Türkmən Cəbhəsinin sədri Həsən Turanı qəbul edib.
Agsaqqallar.com xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.
“İraq Türkmən Cəbhəsinin sədri Həsən Turanla İraqdakı son durumu və türkmən qardaşlarımızın vəziyyətini müzakirə etdik. Bu vəsilə ilə Türkmən Cəbhəsinin 28-ci quruluş ildönümünü qutlayıram. Türkmən qardaşlarımızın hər zaman arxasındayıq”, – deyə o qeyd edib.