Akademik Zərifə Əliyeva fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Zərifə xanım Əliyeva əsl ziyalı kimi mənalı ömür yolu keçmişdir. Əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Bu il oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Azərbaycanın görkəmli alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi qeyd edilir. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Bununla əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirilir.

Agsaqqallar.com xəbər verir ki, bu barədə aprelin 25-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən və akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə danışılıb.

Əvvəlcə akademik Zərifə Əliyevanın mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

Sonra çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev , Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev və digərləri görkəmli alimin peşəkar oftalmoloq-həkim kimi fədakarlığından, sanballı tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələrindən və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan bəhs ediblər.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR