Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafın banisidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hər bir dövlətin inkişafı onun iqtisadi inkişafından asılıdır. Dövlətin inkişafının özəyini təşkil edən onun iqtisadiyyatıdır və iqtisadiyyatı zəif olan dövlət heç bir halda güclü ola bilməz

Azərbaycanın iqtisadi inkişafına gəlincə isə onu deyə bilərik ki, bu proses özünəməxsus formada inkişaf yolu keçmişdir. Bütün sahələrdə olduğu kimi birmənalı olaraq Azərbaycanın iqtisadi dirçəlişi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ rəhbərlik etdiyi sovet dövründən Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirməyi qarşısına məqsəd qoyan bu dahi insan ölkəmizin hərtərəfli inkişafı üçün xeyli işlər görmüşdü.
90-cı illərdə SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan yararlanaraq dövlət müstəqilliyimiz yenidən bərpa olundu. Lakin müstəqilliyin ilk illərində Azərbaycan çox çətin sınaqlardan keçmişdi. Belə ki, cəbhədəki məğlubiyyətlər, separatçı və anti-milli qüvvələrin güclənməsi və daxildəki hakimiyyət üstündə çəkişmələr ölkəni xaos, anarxiya və vətəndaş müharibəsinə sürükləyirdi. Ölkəni bürümüş bu təhlükə və faciədən, siyasi-iqtisadi böhrandan çıxarmağın yeganə yolunun Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dəvət edilməsində olduğunu dərk edən xalq böyük təkidlə 1993-cü ildə ulu öndərin Naxçıvandan Bakıya gəlməsinə nail oldu.
Azərbaycanın güclənməsi üçün iqtisadiyyatı inkişaf etdirməyin vacibliyini vurğulayan ümummilli lider Heydər Əliyev qısa zaman ərzində tənəzzülə uğramış iqtisadiyyatı dirçəltdi. Ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirdi və bu sahənin dayanıqlı inkişafını təmin etmək üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi barədə tapşırıqlar verdi. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində canlanma baş verdi.
Xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün tədbirlər görüldü. Böyük dövlətlərin və onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimad nəticəsində “Əsrin müqaviləsi” kimi tarixə düşən böyük neft kontraktı imzalanmışdı.
Ümumilikdə Azərbaycan iqtisadiyyatını iki mərhələyə bölmək olar. Birinci mərhələ iqtisadi inkişafın tənzimlənməsi üçün çətinliklərlə dolu bir mərhələ idi. İkinci mərhələ isə artıq bu inkişafı təmin edən və o dövrün mühüm strateji müqavilələri və məqsədli dövlət proqramları idi. Bu inkişaf özünü-neft sənayesi, kənd təsərrüfatı, kiçik və orta sahibkarlığın inkişafı və digər bütün sahələrdə göstərirdi.
Ulu öndərin müəyyənləşdirdiyi iqtisadi strategiyanın əsası təbii resurslardan səmərəli istifadə, dünya iqtisadiyyatına inteqrasiya və bunun məntiqi nəticəsi kimi əhalinin rifah halının yüksəldilməsi idi.
“Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm.” Bu ifadələri işlədən ulu öndərin görmək istədiyi Azərbaycan bu gün sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur. Biz bu sınanmış yolu seçmişik və onu seçərkən dünya təcrübəsindən istifadə etmişik, bundan sonra da istifadə edəcəyik. Burda əsas məqsəd Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq və bağlamaqdan ibarətdir.
Ölkəmizin yerləşdiyi geopolitik coğrafi vəziyyəti və iqtisadi potensialı xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək vəd edir və təbii sərvətlərdən səmərəli istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə tamamilə cavab verən siyasətdir. Bu siyasətin ana xəttini sosial yönümlü layihələr təşkil edir.
Mühüm geostrateji əhəmiyyətə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan Şərq və Qərb arasında körpü rolunu həyata keçirmək potensialına malikdir.
Sevindirici haldır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hal-hazırda cənab Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsini özəl sektor, sahibkarlar təşkil edir.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin

məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR