" />

TAİB sədri akademik Sudeif İmamverdiyevin Ramazan bayramı münasibəti ilə təbriki

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB sədri akademik Sudeif İmamverdiyevin Ramazan bayramı münasibəti ilə təbriki:

“Əziz həmvətənlər!
Bu gün bütün dünya müsəlmanları müqəddəs Ramazan bayramını qeyd edir.
Birliyin, bərabərliyin rəmzi, ruzi-bərəkət və rəhmət ayı olan bu mübarək ayda Allah hər birimizin orucunu və dualarımızı qəbul etsin.
Ramazan bayramı milli-mənəvi həmrəylik olmaqla yanaşı, şəfqət və mərhəmət dünyasının qapılarını açır insanların üzünə.

Əlbət ki, biz ağsaqqallar bütün bayramlarda olduğu kimi bu mübarək bayramda da həm ölkəmiz üçün dualar edir, müqəddəs amal uğruna, Vətən uğruna canlarını fəda etmiş övladlarımızı da unutmuruq.

Əziz həmvətənlər, mən öz adımdan və rəhbəri olduğum Türk Ağsaqqalları Birliyi-TAİB-in üzvləri adından Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Mübarək bayram xalqımıza sağlamlıq, firavanlıq, xoşbəxtlik, bolluq və bərəkət gətirsin. Bayramınız mübarək olsun!

Hörmətlə,
Sudeif İmamverdiyev,
akademik, TAİB-in sədri”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR