Türk Dünyası Rəssamlıq Akademiyası yaradılır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yaradıcılar sırasında Azərbaycanın xalq rəssamı Sakit Məmmədov da var

“Türk Dünyasının bir ara gəldiyi, birləşdiyi bir dövrdə sənət adamları da təbii ki, bu prosesdən kənarda qala bilməz. Türk Dünyası ölkələrinin rəssamları olaraq hesab etdik ki, biz də ümumi gedişata öz töhvəmizi verək. Buna görə də Türk Dünyası Rəssamlıq Akademiyasının yaratmaq barədə qərara verdik”.

Bunu Missiya.Az-a açıqlamasında Azərbaycanın xalq rəssamı Sakit Məmmədov deyib. O, bildirib ki, Türk Dünyası Rəssamlıq Akademiyası TÜRKSOY tərəfindən bu qurumun nəzdində yaradılır:

“Detallarla bağlı hələlik geniş danışa bilmərəm. Onu deyə bilərəm ki, Türk ölkələrindən olan tanınmış rəssamların iştirakı ilə belə bir akademiyanın yaradılması barədə qərar verilib”.
S. Məmmədov onu da qeyd edib ki, Türk Dünyası Rəssamlıq Akademiyası rəhbərliyi rotasiya qaydası ilə müəyyənləşdiriləcək. Akademiyanın harada yerləşəcəyinə gəldikdə isə xalq rəssamı söyləyib ki, rəhbər hansı ölkədən olacaqsa, mərkəzi ofis də həmin ölkədə yerləşəcək.

Qeyd edək ki, S.Məmmədov hazırda Özbəkistanın paytaxtı Daşkənddə Mədəniyyət və Sənət festivalında iştirak edir. Festival TÜRKSOY və Kəmaləddin Behzad adın Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılğı ilə keçirilir. Mərasimdə Türk Dünyasının tanınmış rəssamları iştirak edir. Festivalda Türk Dünyası rəssamlarının əsərləri nümayiş olunur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR