Azərbaycandan sonra Türkmənistan da İsraildə səfirlik açır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İsrailin xarici işlər naziri Eli Kohen Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

Agsaqqallar.com xəbər verir ki, görüş zamanı ölkələr arasında əlaqələrin gücləndirilməsi müzakirə edilib.

“Türkmənistan strateji mövqedə yerləşən və İranla həmsərhəd olan enerji mərkəzidir. Ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa töhfə verəcək”, – Kohen “Twitter” hesabında yazıb.

Berdiməhəmmədov isə görüş zamanı bildirib ki, Türkmənistan İsraildə səfirlik açmağı düşünür.

Qeyd edək ki, İsrail Mərkəzi Asiyada İranla ən uzun sərhədi olan Türkmənistanda səfirlik açıb. İrandan cəmi 30 kilometr məsafədə yerləşən Aşqabad şəhərindəki səfirlik İsrailin İran sərhədinə ən yaxın rəsmi nümayəndəliyi olacaq.

Xatırladaq ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılışı olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR