AMEA prezidenti: “Zəngəzur dəhlizi dünyanın diqqət mərkəzindədir”
“Azərbaycan Milli Elmlər Akademiyasında ermənişünaslıqla bağlı tədqiqatlar davam edir. Akademiyanın Tarix İnstitutunda, Qafqazşünaslıq İnstitutunda mühüm tədqiqatlar aparılır”.
Agsaqqallar.com xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan – Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
“Bizim əsaslandığımız mənbələr arxiv sənədləri, dövri mətbuat və yazışmalardır. Bu konfrans bizim diqqətimizi mövcud arxiv sənədlərinə, daha qədim mənbələrə doğru istiqamətləndirəcək
Konfransın adında Zəngəzurun əks olunması mühüm məsələdir. Zəngəzur dəhlizi dünyanın diqqət mərkəzindədir. Bu baxımdan da konfransın əhəmiyyəti böyükdür”-, İ. Həbibbəyli vurğulayıb.