Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.
Agsaqqallar.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
“Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib”,- diplomatik nümayəndəliyin Türkiyədə təhsil alan tələbələrə müraciətdə qeyd olunub.
Oxşar Xəbərlər
- TAİB Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu: “TAİB-in Qadınlar Şurasında yeni layihələrin müzakirəsi gedir”
- Deputat: “Ordu cəmiyyətə qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığı məlumatdan kənar xəbər yaymamalıdır”
- “Arxitektor və məşhur iş adamı ola bilmədilər, Vətən fədaisi oldular….”