İsrail Təhlükəsizlik Akademiyası: “Ermənistan dövləti regional sabitliyi və təhlükəsizliyi pozaraq regional terrorizmə və regional cinayətkarlığa yol açır”
Azərbaycan əsgərinin Ermənistanda işgəncəyə məruz qalması ağır cinayət halıdır. Müharibə qanunlarına görə hətta müharibə vaxtı əsir düşən hərbçilərə və mülki vətəndaşlara işgəncə vermək‚ şəxsiyyəti alçaldıcı hər hansı hərəkətlər etmək qəti qadağandır. Bu hal məhz beynəlxalq hüquq və qanunlarla cinayət əməli hesab edilir. Həmçinin mövcud beynəlxalq konvensiyalara əsasən qeyri-müharibə vaxtı təsadüf nəticəsində əsir düşmüş və ya əsir götürülmüş hərbçilərə və qeyri-hərbçilərə‚ mülki sakinlərə qarşı milli‚ irqi və dini zəmində kin və nifrətdən qaynaqlanan şəxsi düşmənçilik məqsədilə fiziki zor tətbiq edilməsi‚ xüsusi qəddarlıq və amansızlıqla işgənclər verilməsi‚ onların şəxsiyyətinə qarşı alçaldıcı hərəkətlər edilməsi barbarlıq‚ terroristlik‚ canilik‚ vəhşilik və vandalizm aktıdır. Şəxsin şərəf və mənliyinin alçaldılması məqsədilə edilən bütün vandalizm hərəkətləri irqi zəmində kin və nifrətdən qaynaqlanan şəxsiyyətə qarşı fiziki və mənəvi terror aktıdır. Vandalizm və terrorun forma və kateqoriyalarından asılı olmayaraq bütün növləri beynəlxalq qanunlarla ən ağır cinayət əməlidir. Ermənistana əsir düşmüş Azərbaycan əsgərinin fiziki və mənəvi cəhətdən işgəncəyə məruz qalması yuxarıda sadalanan qəbildən olan terror halıdır.
Baş verən hadisə Ermənistan dövlətinin və erməni xalqının iç üzünü açıb ortaya qoyur. Azərbaycan hərbçisinə qarşı törədilən cinayət hadisəsi Ermənistan dövləti və erməni xalqının nə qədər barbar və vandal olduğunu göstərir. Heçbir müharibə qanunlarında əsirə işgəncə etmək yoxdur və bu hal beynəlxalq qanunlarla qəti qadağandır və ağır cinayət hadisəsidir. Ermənistan bir daha beynəlxalq hüquq normalarını tapdaladığını sərgiləmiş oldu. Bu hal bir daha göstərir ki‚ beynəlxalq hüquq tendensiyalarının və beynəlxalq qanunların Ermənistan üçün heçbir önəmi yoxdur və beynəlxalq qanunlar‚ fundamental hüquq Ermənistan üçün heçbir əhəmiyyət kəsb etmir. Bu da o deməkdir‚ Ermənistan beynəlxalq qanunlardan kənar‚ qəsbkar və terrora meylli bir dövlətdir.
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin qəflətən və anidən Azərbaycan sərhədinə hücum etməsi və hərbi təxribatlar törətməsi də ağır terror hadisəsidir və bir ölkənin suveren sərhədlərinə qarşı törədilmiş hərbi cinayət halıdır. Baş verən erməni təxribatı və terroru nəticəsində Azərbaycan hərbçilərinin həlak olmasının məsuliyyəti Ermənistan silahlı qüvvələrinin‚ həmçinin bilavasitə birbaşa Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir. Ermənistan kənar qüvvələrin‚ məhz havadarı İran molla rejiminin diktəsi və təhriki ilə bölgədə eskalasiya yaratmağa və hərbi təxribat törətməyə‚ bir sözlə terror dalğası əsdirməyə və qan tökməyə can atır. Azərbaycanla sərhəddə törədilən terror və hərbi təxribat əməlində və əsir düşmüş Azərbaycan hərbçisinə qarşı qeyri-etik hərəkətlər‚ fiziki zor tətbiqi və işgəncə etməsi insanlıq xarici olan əməldir‚ barbarlıq və terrorislik və vandalizm faktıdır. Bütün bunlar Ermənistan dövlətinin qeyri-insani simasını və vandallığını göstərmiş olur. Ermənistan dövləti öz havadarlarının‚ xüsusən İran molla rejiminin diktəsilə bölgədə terror və təxribat yaratmağa‚ hər vəchlə və bütün vasitələrlə bölgənin təhlükəsizliyini pozmağa çalışır. Aydın görünür ki‚ Ermənistan dövləti qəsbkarlıq və işğalçılıq siyasətindən əl çəkməyərək terror təşkilatları və terror dövlətləri ilə birgə regional sülhü‚ sabitliyi və regional təhlükəsizliyi pozaraq məhz terror dövləti olan İranın dəstəyi və yardımı ilə regional cinayətlər törədir. Ermənistanın bölgədəki bütün hərbi təxribat və diversiya hərəkətlərini‚ kəşfiyyat və pozuculuq fəaliyyətini‚ terror və vandalizm halları törətməsini‚ həmçinin bütün bunların fonunda Azərbaycan hərbçisinə qarşı həyata keçirilən işgəncə və barbarlıq faktını şiddətlə pisləyirik.
Aidiyyatı Beynəlxalq hüquq təşkilatları və hüquqi və siyasi dairələr‚ beynəlxalq ictimaiyyət bütün bu barbarlıq‚ təxribat və hərbi cinayət əməllərini görməlidir. Beynəlxalq hüquq Azərbaycan dövlətinin tərəfindədir. Azərbaycan bu məsələdə tam haqqlıdır və Azərbaycan dövlətinin və xalqının haqqlı mövqeyini tam dəstəkləyirik və hər zaman regional cinayətkarlığa və regional terrorizmə qarşı mübarizədə Azərbaycan dövlətinin və xalqının yanındayıq.
İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional
Nümayəndəliyi