" />

“Türk dünyasına olunan təhdidlər qorxunun əlamətidir”- Kenan Çarboğa

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Son zamanlar Türkiyə və Azərbaycana qarşı aparılan qara piar kampaniyası xarakterik xüsusiyyət alıb. Türk birliyinin gücündən qorxan qara qüvvələr terror aktlarının, təhdidlərinin sayını artırıblar. Təbii ki, hər zaman olduğu kimi indi də bu bizi qorxutmur. Çünki türkün bükülməz qolu, yenilməz əqidəsi var”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış yazar Kenan Çarboğa deyib.
O, bildirib ki, Azərbaycana qarşı olunana terror aktlarını şiddətlə qınayır. İran qərəzli, düşmən mövqeyini hər zaman biruzə verib. Güney Azərbaycanda türklərə, xüsusən də azəri türklərinə qarşı təcavüzkar münasibət dövlət və hökumət səviyyəsində aparılır.
“Biz öz tarixi həqiqətlərimizi gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Mədəniyyətimizlə, dilimizlə, tariximizlə, əxlaqımızla, milli-mənəvi dəyərlərimizin təbliği ilə şanlı Türk tariximizi, tarixi həqiqətlərimizi qorumaq, dünya ictimaiyyətinə çatdırmaq üçün bir olmalıyıq. Türk birliyi olaraq adımıza, tariximizə, varlığımıza, dəyərlərimizə sahib çıxmalıyıq. Çıxmalıyıq ki, düşməni susdura bilək! Türkü sevməyənlər hər zaman qorxu içindədirlər. Onların terrora meyl etmələrinin səbəbi də budur. Türk birliyindən qorxurlar!”.
Qeyd edək ki, Kenan Çarboğa Türkiyə və türk ölkələrində Türk ədəbiyyatı, Türk birliyi, Dədə Qorqud və ədəbiyyatla bağlı böyük konfransların təşkilatçısıdır.
Mədəniyyət, incəsənət, təhsil və ədəbiyyat sahələrindəki səmərəli fəaliyyətinə görə bütün türk ölkələrindən müxtəlif mükafatlara layiq görülüb. Eyni zamanda Azərbaycanın nəhənglərinin ədəbiyyat nümunələrini türk dilinə tərcümə edərək, təbliğatını aparır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR