Vüsal Quliyev: Veteranlar hərəkatının formalaşması Ulu Öndərin adı ilə bağlıdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Vüsal Quliyev: Veteranlar hərəkatının formalaşması Ulu Öndərin adı ilə bağlıdır

Aprelin 6-da Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirib.

Agsaqqallar.com xəbər verir ki, konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olduğunu bildirib:

“Ulu Öndər Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq göstərib. Heydər Əliyev veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi, milli maraqlar kontekstində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə mütəmadi addımlar atırdı. Ümummilli Lider haqlı olaraq hesab edirdi ki, zəngin və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli-mənəvi dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər.

Bu baxımdan Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə, təşkilatlanmasına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar hərəkatının formalaşması Ulu Öndərin adı ilə bağlıdır.
Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummilli Lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR