Serhan Aktunç Bakıda: “Ölkələrimiz arasında münasibətləri…”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç Bakıda mətbuat nümayəndələri ilə görüşüb.

Agsaqqallar.com xəbər verir ki, ŞKTC-nin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib ki, ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, Şimali Kipr Türk Cümhuriyyətinə səfər edən azərbaycanlıların sayı azdır: “Pandemiyadan öncə 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər səfər edib. Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu çox kiçik bir rəqəmdir”.

Serhan Aktunç onu da bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki böyük qələbəsini qəlblərində hiss ediblər: “Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik”.

Müşavir deyib ki, ŞKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var: “Eyni zamanda 19 apreldən yenidən ŞKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur”.

Serhan Aktunç onu da qeyd edib ki, Kiprdə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayının çoxalması üçün bir çox işlər görüləcək.

Qeyd edək ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer və digər rəsmilər iştirak ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR