" />

“Ulu öndər Türk tarixinin şanlı səhifəsinə öz adını qızıl hərflərlə yazdı”-Eyvaz Hünbətov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ümummili lider Heydər Əliyevin yüz illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev ili” çərçivəsində ölkədə keçirilən tədbir, konfrans və aksiyalar onun yaxın silahdaşları olaraq bizləri çox qürurlandırır”.

Bu sözləri TAİB-in sədr müavini, sabiq dövlət qulluqçusu, ümummilli liderin rəhbərliyi altında çalışan və Yeni Azərbaycan Partiyasının yaradılmasında misilsiz xidmətləri olan, ilk üzvlərindən olan dəyərli el ağsaqqalı Eyvaz Hünbətov Agsaqqallar.com saytına açıqlamasında deyib.

O, bildirib ki, Heydər Əliyevin antiterror siyasəti Azərbaycanın başının üstündən qara buludları çəkərək, azərbaycanlıların başına gətirilən müsibətlərə və soyqırımlara siyasi, tarixi, hüquqi qiyməti verdi.

“Türk Ağsaqqalları Birliyinin həyata keçirdiyi tədbirlər sözün əsl mənasında dövlət əhəmiyyətli və vətəndaş cəmiyyətinin inkişaf strategiyası üçün nəzərdə tutulub. Biz İdarə Heyəti ağsaqqal institutunun üzvləri olaraq cəmiyyətin formalaşmasına, gənclərin tarixə köklənərək vətənpərvər ruhda yetişməsinə nail olmağa, təmsil olunduğumuz təşkilatda daha əhəmiyyətli layihələrin təqdimatına, effektli addımların atılmasına çalışırıq. Bu il Azərbaycan tarixi üçün də çox önəmlidir. Azərbaycanın memarı, müstəqilliyimizin banisi, öz siyasi kursu ilə Azərbaycanı dünyaya tanıdan, güclü, qüdrətli dövlətə çevirən ümummilli liderimizin yüz illik yubileyidir. Onunla bağlı o qədər xatirələrimiz var ki… İndi daha yaxşı anlayıram ki, ömrümün ən möhtəşəm illərini yaşamışam. Böyük düha ilə işləmək nə qədər məsuliyyətli idisə, o qədər də qürurverici idi. Hakimiyyətə gəlişindən sonra şəxsi təşəbbüsüm və rəhbərliyimlə Ulu Öndərin adına sağlığında ilk parkı salmağa nail olduq. Ümumiyyətlə, Bakının müxtəlif rayonlarında dörd Heydər Parkı, Binəqədi rayonunda isə akademik Zərifə Əliyeva adına park salındı. TAİB-in “Heydər Əliyev ili” çərçivəsində həyata keçirdiyi tədbirlərdə qəlbimizdə əbədi yaşayan böyük düha barədə xatirələrimizi qürurla danışmaq ona olan sevgimizi daha da artırır. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onu bütün dünyada ehtiram və sevgiylə anırlar. Ulu öndər Türk tarixinin şanlı səhifəsinə öz adını necə qızıl hərflərlə yazmışdısa, onun layiqli, siyasi irsinin davamçısı Ali Baş Komandanımız da “Zəfər” ilə tarixə öz adını qızıl hərflərlə yazdı. Biz bunları yaddaşlarda yaşatmalıyıq. Təbliğ edərək dünya ictimaiyyətinə olduğu kimi çatdırmalıyıq. Bu xalq sözün həqiqi mənasında xoşbəxtdir. Çünki onun Heydər Əliyev kimi dühası var!”- deyə Eyvaz Hünbətov vurğulayıb.

Qeyd edək ki, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi-TAİB yarandığı gündən Heydər Əliyevlə bağlı silsilə tədbirlər, ölkə xaricində ümummilli liderin siyasi irsini əks etdirən elmi-praktik konfranslar həyata keçirir.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR