QHT-lər beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə çağırıblar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı “Ermənistanın törətdiyi mina terroru” adlı tədbir keçirilib.

Agsaqqallar.com xəbər verir ki, tədbir iştirakçıları beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə çağırıblar.

Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov xatırladıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunub.

“Müəyyən edilib ki, 30 il işğal dövründə Ermənistan işğal altında saxladığı ərazilərdə 1 milyondan çox mina basdırıb. Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə geniş quruculuq işlərini həyata keçirir. Lakin bu işlərin tam şəkildə həyata keçirmək üçün ən böyük maneə bu ərazilərin erməni hərbi birləşmələri tərəfindən mina və partlamamış hərbi sursatlarla çirklədilməsidir”, – o vurğulayıb.

A.Allahverənov sözlərinə görə, əsasən Ermənistan istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib: “Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir. Biz, qeyri-hökumət təşkilatları nümayəndələri olaraq Ermənistanın mina terrorunu pisləyir, beynəlxalq təşkilatların bu məsələyə adekvat münasibət bildirməyini tələb edirik”.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Umud Mirzəyev, Hafiz Səfixanov, Telman Məmmədov, Qəmzə Yusubova, Ramil İsgəndərli, Nadir Cəfərov və digərləri ermənilərin mina terroru barədə məlumat veriblər.

QHT nümayəndələri tədbirin nəticəsi kimi Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından mina terroru ilə bağlı bəyanatın ünvanlanmasının əhəmiyyətini qeyd qediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR