" />

Mirsamir Məmmədov: “İsraildə Azərbaycanın Səfirliyinin açılması əlaqələrdə yeni mühüm səhifə açacaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Mirsamir Məmmədov: “İsraildə Azərbaycanın Səfirliyinin açılması əlaqələrdə yeni mühüm səhifə açacaq və hər iki ölkənin siyasi və təhlükəsizlik maraqlarına xidmət edəcək”

Azərbaycanın İsraildə səfirliyinin açılması hər iki ölkənin və hər iki xalqın tarixində çox mühüm əlamətdar hadisədir. İsrail və Azərbaycan əlaqələrinin daha da dərinləşməsində yeni səhifə açacaq və mühüm töhvə verəcək. İsrail və Azərbaycanın dostluğu təsadüfi münasibətlərə əsaslanmır və xalqlarımız arasındakı münasibət də yeni deyil və bu münasibətlərin çox qədim tarixi kökləri və hər iki xalq arasında məhz qardaşlıq bağları və ənənəsi vardır. Hər iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri məhz xalqlarımızın qədim köklərə söykənən tarixi qardaşlıq bağlarına əsaslanır. Və təsadüfi deyil ki‚ İsrail dövləti Azərbaycanın müstəilliyini tanıyan ilk dövlətlərdəndir və Azərbaycan müstəqilliyini qazandığı gündən məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi. Azərbaycanlılarla Yəhudilərin dostluğu və qardaşlığı minnilliklər öncəyə gedib çıxır. Əsrlər və yüzillərdir ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları vardır. Və əlbəttə ki‚ İsraillə əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların qardaşlığı böyük rol oynayıb.

Hər bir suveren ölkə kimi‚ Azərbaycan dövləti də öz siyasətini özünün və xalqının milli mararları üzərində qurur. Hər bir ölkənin milli‚ strateji və təhlükəsizlik maraqları o dövlətin rəsmi dövlət siyasətini təyin edir. Yəni‚ hər bir dövlətin rəsmi siyasəti hər hansı kənar təzyiq və müdaxilələrlə deyil‚ tamamilə öz daxili milli maraqları‚ xalqlararası münasibət üzərində qurulur. Azərbaycan müstəqil və suveren ölkədir və kimlə dostluq quracağını da yalnız Azərbaycan dövləti özü təyin edir. Kimsə buna müdaxilə və təzyiq edə bilməz və kimsə bu münasibətlərə hər hansı hədyan səsləndirə bilməz. Azərbaycanda əsrlər boyu‚ təqribi 2600-2700 ilə yaxındır Yəhudilər yaşayır. Yəhudilər Azərbaycanda hər zaman mehriban və dostluq şəraitində yaşayıb. Burada heçbir zaman anti-semitizm‚ yəhudi təqibi olmayıb. Azərbaycan xalqı bütün tarix boyu hər zaman Yəhudilərə dost olub. Azərbaycanda doğulan və xaricə köç edən Yəhudilər də hər zaman Azərbaycanı özünə vətən‚ Azərbaycan xalqını isə özünə qardaş xalq biliblər. Birinci və ikinci Qarabağ müharibəsində də Yəhudilər Qarabağın azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda mətanətlə döyüşüb. Birinci Qarabağ müharibəsində çox sayda Yəhudi mənsubu könüllü döyüşərək şəhid olmuşdur.

Xaricə köç edən Yəhudilər daim Azərbaycanla digər dünya ölkələri xüsusən ABŞ‚ İngiltərə‚ Almaniya‚ İtaliya və s. ölkələr arasında yaxşı münasibətlərin olmasına çalışaraq öz vətənləri Azərbaycana xidmət etməyə çalışırlar. İsraillə münasibətlərin qurulmasında isə Azərbaycandan Xaricə və İsrailə köç etmiş Azərbaycanlı Yəhudilərin böyük xidmətləri vardır. Hazırda İsraildə 100 min nəfərə yaxın Azərbaycanlı Yəhudi icması vardır. Bu kifayət qədər böyük bir rəqəmdir. Onlar İsrailin hər yerində Azərbaycançılıq təbliğatı aparır və ermənilərin törətdiyi Xocalı soyqırımından tutmuş bütün erməni vandalizmini bütün dümyaya çatdıraraq Azərbaycan naminə ermənilərlə mübarizə aparırlar. 2020-ci ilin Tovuz döyüşlərində və 44 günlük Azərbaycan və Erməmistan müharibəsində İsraildəki Azərbaycanlı Yəhudilər gecə-gündüz Azərbaycana və Azərbaycan ordusuna dəstək oldular‚ ermənilər əleyhinə aksiyalar keçirtdilər. Dünyanın hər yerində olan Azərbaycanlı Yəhudilər vətənləri Azərbaycan naminə mübarizə apardılar.
Azərbaycandakı yerli Yəhudi icmaları da var qüvvəsilə Azərbaycan dövlətinin və əsgərinin yanında oldular və bir neçə azərbaycanlı Yəhudi könüllü olaraq 44 günlük müharibədə döyüşlərdə iştirak etdi. Bütün bunlar Azərbaycan və İsrailin dostluğunu şərtləndirən əsas amildir. Azərbaycan və İsraili heçbir maddi maraq yox‚ milli maraqlar birləşdirir. Azərbaycan dünyada İsraildən sonra ən sıx və kompakt şəklində yaşadığı ikinci ölkədir. Dünyanın hər yerində və İsraildə yüzminlərlə Azərbaycanlı Yəhudi Azərbaycanın milli maraqlarını və Azərbaycançılığı təbliğ edərək‚ münasibətlərin daha da dərinləşməsinə çalışırlar. Çünki bizim təqribi 3000 ilə yaxın nəhənh bir tariximiz var. Dostluqlar bu tarixin üzərindədir. Bu‚ dövlətlərin istəyindən əlavə olaraq‚ məhz xalqların dostluğudur. Xalqların birgə sifarişidir. Tarixi zərurətdir. Azərbaycan və İsrail dövlətləri buna biganə yanaşa bilməz. Dövlətlərin ana siyasəti xalqların münasibəti üzərində qurulur. Azərbaycan xalqı ilə Yəhudi xalqı 2600-2700 illik bir tarixi əhatə edən dərin və ağır sınaqlardan çıxaraq qardaşlaşmış xalqlardır.

Azərbaycan və İsrail münasibətlərinin təməlində‚ birmənalı olaraq məhz xalqların sarsılmaz səmimi dostluğu və qardaşlığı dayanır.

Hazırda qonşu İranın bir çox şəhər və qəsəbələrində‚ bir çox müsəlman ölkələrində qondarma və uydurma erməni soyqırımını əbədiləşdirmək üçün abidələr ucaldılıb. Amma Xocalı soyqırımına dair İranda heçbir abidə yoxdur. Və qonşu İrandan heç vaxt Azərbaycan xalqı və dövləti ilə həmrəylik nümayişi edilməyib. Amma və lakin bütün bunların əksinə olaraq İsrail hökuməti və Parlamenti erməni soyqırımı layihəsini qətiyyəylə rədd edərək‚ Azərbaycan‚ Türkiyə və bütün Türk xalqları ilə qardaşlıq nümuməsi olaraq həmrəylik nümayiş etdirilib. Xocalı soyqırımının günahsız qurbanları da hər il İsraildə anılmaqda və erməni vəhşiliyi dilə gətirilməkdədir.
İsrail və Azərbaycan dostluğu bölgənin‚ İsrail və Türkiyə dostluğu isə dünyanın təhlükəsizliyinə bir töhvədir.

Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri sadəcə öz tarixlərinə‚ ölkəsinin milli maraqlarına və öz xalqlarına sədaqət göstərərək zamanla bu tarixi dostluğu və ənənəni daha da rəsmiyyətə çevirmişlər. Hər hansı bir kənar düşmən qüvvə xalqların bu dostluğunu və qardaşlığını poza bilməz.
Xalqların münasibəti maddi maraqlar üzərində yox‚ səmimi dostluq və qardaşlıq üzərində qurulur.
Yəhudi xalqı tarixən olduğu kimi‚ bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanındadır. Azərbaycan və İsrail strateji tərəfdaş və müttəfiqdir. Siyasi‚ iqtisadi‚ hərbi və təhlüləsizlik sahəsində Azərbaycan və İsrail ən etibarlı müttəfiqdir. Hazırda İsrailin enerji tələbatının çox hissəsini Azərbaycan ödəyir‚ Azərbaycanın hərbi sahədəki tələbatının əhəmiyyətli hissəsini İsrail təmin edir. İsraildə Azərbaycanın Səfirliyinin açılması bu əlaqələrin daha da möhkəmlənməsinə və daha da dərinləşməsinə şərait yaradacaq. Səfirliyin fəaliyyətə başlaması iki ölkə arasındakı dostluğu və müttəfiqliyi‚ hərbi və strateji əməkdaşlığı daha da möhləndirəcək. Azərbaycan və İsrailin münasibətlərinin daha da möhkəmlənməsi‚ hərbi və təhlükəsizlik əməkdaşlıqların daha da dərinləşməsi bölgənin təhüləsizliyinə mühüm töhvədir.

Bu dostluq və qardaşlıq bağları daha da möhkəmlənməli və dərinləşməlidir. İsraildə Azərbycanın Səfirliyinin açılması hər iki ölkə‚ dövlət və hər iki xalq üçün uğurlu və düşərli olacaq və münasibətlərin daha da dərinləşməsinə təkan verəcək. Bu‚ hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcək.

Dr. Mirsamir Məmmədov

İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional Nümayəndəliyinin Direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR