BİR ABBAS VARDI
Dünyada xatirələrsiz yaşayan insan tapılmaz. Çünki xatirələr insanı həmişə
ötənə-keçənə aparır, onu xəyalın qanadlarında uzaqlara, hardan-hara quş kimi uçurur, göylərə qaldırır. Bir də xatirələr yaşlandıqca şirinləşir, daha da çox xatırlanır.
Burada uşaqlığın, gəncliyin müxtəlif anları, olayları, hadisələri olduğu kimi yaşamaqdadır. Yaşayır ki, adamı kövrəldir, onu istər-istəməz o günlərə aparır, olanları
onun gözündə canlandırır.
… Xeyli vaxdır ki, keçmiş əlyazmalarıma, qovluqlara baxmağa vaxt tapmırdım. Bunların çoxunun üzünü yenidən köçürmüş, bir qismini də bilgisayarda yığ-
dırmışam. Amma üzü köçürülməmiş əlyazmalarım da var. Bunlar da ayrı-ayrı
qovluqlarda toplanıb. Birdən saralmış, qat kəsmiş bir neçə vərəq gözümə dəydi.
Baxdım tələbə dostum Abbas haqqında qeydlərimdi, tələbə vaxtı yazılıb. Həmin
an Abbası xatırladım. Bəli, Rzayev Abbas Fərman oğlu mənim tələbə yoldaşımdı.
Bu boylu-buxunlu, mülayım təbiətli, xoşrəftar oğlan elə birinci kursun ilk günlə-
rindən xoşuma gəldiyindən onunla aramızda səmimi bir münasibət yarandı. Adə-
tən, hərdən yeməkxanalardan, ya da çayxanalardan birinə gedər (Abbasın dediyi
kimi, “bir pünhan yerə”) gedər, könlümüzdən keçənləri dilə gətirərdik. Bilmirəm,
nədənsə həmin vaxt mən mümkün qədər az danışar, daha çox onu dinləməyə çalışardım. Çünki belə olmasa dostum mənə şeirlərini oxumazdı. Həm də Abbasın
şeir yazdığını çox az adam bilirdi. Bir də bu tələbə dostum olduqca abırlı, nəcib bir
adamdı, sinəsinə döyməyi, özünü öyməyi sevmirdi. Artıq buna öyrəşmişdim, yəni
hər görüşəndə söhbətimizin sonunda Abbas bir neçə şerini cib dəfrətindən oxuyardı. Maraqlıdır ki, o, şeirlərinin necə olduğunu bir dəfə də olsun xəbər almaz, sadəcə üzümə uzun-uzadı baxar, sonra da gülümsünərdi:
– Yazı-pozu adamının fikrini üz-gözündən anlamaq asandı, soruşmağa nə
ehtiyac var.
Abbasın maraqlı bir cəhəti də vardı, sanki adamın ürəyindən keçənləri üzündən oxuyardı. Bir dəfə o, mənə dedi:
– Bura bax, qardaş, niyə məndən yazını gizlədirsən?
– Nəyi gizlədirəm, ayAbbas?
– Sən məqalələrini, qəzetlərdə çıxan yazılarını deyibsən, amma…
– Amma nə?
– Povestini deyirəm.
Mən bunu eşidəndə doğrusu, çox təəccübləndim. Dostum əlini kürəyimə vurdu:
– Hə, məndə belə duyumluq da var.
Onu da qeyd edim ki, “Ayı çınqılı” povestimin əlyazısını Abbasa oxudum,
yəni bu povestin ilk oxucusu da, xeyir-dua verəni də Abbas oldu. Mən bunu povestin əvvəlində xüsusi qeyd etmişəm.
Bəli, Abbasın sözü-söhbəti məni həmişə özünə cəlb edərdi, çünki çox maraqlı
danışırdı:
– Baxırsanmı, tələbə yoldaşlarımızın arasında nisbətən Naxçıvandan olanlar
az deyil. Mən, Fəxrəddin, Yusif, Allahverdi, Mir Sucəddin, Əbülfəz, Məhərrəm.
Hərənin də bir xasiyyəti var. Məsələn, Allahverdi çox sakitdi, amma Mir Sucəddin
çox hərəkətlidi. Məhərrəm də bir ayrıdı. Bunun başqa bir istedadı da var – ticarəti
əla bilir. Bu dostumuzun əhli-kef olması da öz yerində… Əbülfəz də o qədər tünlüyü sevmir, Yusif olduqca mehribandı… Xülasə, bunların hamısı yaxşıdır. Gör sə-
nə nə deyirəm… Sən belə elə, arada bir mənə xəbər elə… Naxçıvana gəl, gələndə də xəbərim olsun… Bizim kənd Zeyvə kəndidir. Kənd deyil, qəsəbədir, qəsəbə.
(O, bu sözləri deyəndə gözlərinin necə parladığını,sifətindəki təbəssüm heç yadımdan çıxmır). Dərhal səni qarşılayım. Sənə söz verirəm ki, səni buradakı bütün
tələbə yoldaşlarımızla görüşdürəcəyəm. Bilirəm, sən gəzib dolanmağı sevirsən axı.
Biz ürəyimiz istədiyi kimi Naxçıvanı gəzib dolanarıq. Üstəlik, buralarda, elə bizim
kənddə də sinədəftərlər, informatorlar çoxdu, onları danışdırıb yazıya alarsan. Sən
gəl bu fürsəti əlindən qaçırma.
Dostum arada bir sözünə ara verib cib dərtərini çıxarar, bir neçə şeir oxuyardı.
Bəli, tələbə dostuma dəfələrlə söz versəm də, amma müəyyən səbəblər üzündən Naxçıvana gedə bilmədim. Onunla görüşə bilmədim. İllər də nə tez keçdi-bilmədim. Yaşın üstə yaş gəldi, baş ağardı, bel əyildi… Bu gələn qocalıqmış – bildim.
Yandım, töküldüm… Dedilər Abbas rəhmətə gedib… İçim göynədi, özümü birtə-
hər ələ aldım. Bir də olanı-keçəni yadıma saldım.
Allah sənə rəhmət eləsin, Abbas, torpağın yumşaq olsun, ruhun şad. Sənin kimi qəlbi təmiz, təbli insanlar unudulmurlar. Belələri söhbət-sözdə xatırlanır, qəniqəni rəhmət qazanırlar.
Dostlarımın arasında bir Abbas vardı. Olduqca sadə, qəlbi təmiz, mehriban,
cana yaxın bir oğlandı. Həmişə ona “qardaşım” deyərdim. O da mənə “qardaşım”
deyərdi.
Bu illər nə tez ötüşdü – bilmirəm. Nə qədər heyifsilənsəm də, qəhərlənsəm də
bir həqiqəti unutmaq olmaz – insan ömrü çox qısadır, dünyaya gələn bir gün də
getməlidir. Bu,dünyanın pozulmaz bir qanunudur. Ürəyimdən keçənləri ağ vərəqlərə köçürdüm. Bir sözlə, Abbaslı düşüncələr mənə bu yazını yazdırdı.
Tacir Səmimi
Filologiya üzrə fəlsəfə doktoru, dosent