" />

Ramin Əhmədov: “Fazil Mustafaya güllə atanlar əslində dövlətinə, bayrağına sığınan hər kəsə güllə tuşlamış oldular.”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd hadisəsi ilə bağlı diqqətçəkən fikirlər paylaşıb.

Paylaşımda deyilir:

“Millət vəkili fazil Mustafaya qarşı sui-qəsd həyata keçirənlər heç şübhəsiz ki Azərbaycan Dövlətinə qarşı düşmən mövqeyində dayanan, dövlətçiliyimizi həzm edə bilməyən qüvvələrdir. Yəqin ki, belə alçaqcasına davranmaqla dövlətə mesaj vermək istəyiblər. Şükür Allaha ki, millət vəkilimiz həyatdadır. Qəti şübhə etmirik ki, sui-qəsdi planlayan və həyata keçirənlərin kimliyinə ən qısa zamanda aydınlıq gətiriləcək. Əziz dostlar, hamılıqla həssas bir dönəmdən keçməkdəyik. Dövlətimizə qarşı ən müxtəlif addımlar atıla bilər. Hər birimizin üzərinə böyük məsuliyyət düşür. Sayıqlığımızı əldən verməməli, düşmənin məkrli planlarının reallaşmaması üçün birliyimizi daha da möhkəmləndirməliyik. Düşmənin kimliyinin bizə fərqi yoxdur. Fazil Mustafaya güllə atanlar əslində dövlətinə, bayrağına sığınan hər kəsə güllə tuşlamış oldular. Lakin bununla bizi qorxutmaq, haqq bildiyimiz yoldan döndərmək mümkün deyil.! Azərbaycan Dövlətini öz hədəflərindən yayındıra bilməyəcəklər!”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR