Siyasi dialoq müstəvisində açıq və demokratik rəqabətə çağırış

Yazı fontunu küçültür Yazı fontunu büyütür

44 günlük Vətən müharibəsində Azərbaycan siyasi camiəsinin vahid mövqe sərgiləməsi Azərbaycan xalqının arzu və istəklərinin qələbəsi idi. Belə ki, iqtidar və müxalifət partiyaları müharibə başlayan ilk gündən bəyanatlar verərək siyasi fəaliyyətlərini dayandırdıqlarını, dövlətin və xalqın maraqlarından çıxış edərək hakimiyyətin yanında olduqlarını bəyan etdilər. Bu birlik ümummilli maraqlar naminə Vətən müharibəsində əldə edilmiş qələbəyə böyük töhvə vermiş oldu.

Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini qeyd edən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyev bildirmişdir:” Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”( Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibəsi. 22.10.2020).
Prezident İlham Əliyevin mövqeyi bəllidir. Hər zaman açıq dialoqun və sağlam rəqabətin tərəfdarı olan Prezident İlham Əliyev siyasi mühitin formalaşmasında müxalifət və iqtidarın birgə mövqeyinin yalnız dövlətçiliyimizə fayda verəcəyini bəyan etmişdir.
Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyin təzahürüdür. Yeni qəbul edilmiş “Siyasi Partiyalar haqqında Qanun” inanırıq ki, siyasi dialoq mühitini daha rəngarəng məcraya daşıyacaq, bundan yalnız Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi qazanacaqdır.
Ancaq bir məsələni unutmaq lazım deyil: Münasibətlər sivil qaydada həyata aparılmalıdır. İstər iqtidar, istərsədə müxalifət düşərgəsi hər zaman ümummilli maraqlar naminə vahid mövqedən çıxış etməlidir. Şəxsi maraqları, ambisiyaları bir kənara qoyub dövlətçiliyimizin inkişafı və tərəqqisi naminə mütəşəkkil mövqe nümayiş etdirməlidirlər.

Mürvət İbrahimov

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR