Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Son dövrlər ölkədə aparılan çoxşahəli islahatlar siyasi münasibətlər sistemindən də yan keçə bilməzdi. Mövcud sabitlik, inkişaf və həmrəylik mühiti dayanıqlı siyasi dialoqun davam etdirilməsini şərtləndirir.
Cənab Prezident İlham Əliyevin “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”, “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.” fikirləri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur.
Dövlət başçısının tapşırığına və tövsiyələrinə əsasən ölkədə sağlam siyasi münasibətlərə və milli həmrəyliyə köklənmiş siyasi dialoqun qurulması yönündə əməli işlər görülür. Siyasi sabitliyin qorunması və dövlətin inkişafı naminə çoxpartiyalılığın dəstəklənməsinə yönəlmiş addımlara nümunə olaraq dövlət tərəfindən bütün siyasi partiyalarla dialoq və əməkdaşlıq mühitinin yaradılmasını göstərə bilərik. Siyasi partiyalarla işin yenidən təşkili sağlam və möhkəm təməllər üzərində qurulan iqtidar-müxalifət dialoqunun və ümumilikdə cəmiyyətdə sağlam siyasi mühitin inkişafına xidmət edir. Verilən tapşırığa əsasən siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilir, onların irəli sürdüyü təkliflər dinlənilir, təhlil olunur və müvafiq addımlar atılır.
İqtidar-müxalifət dialoqu cəmiyyətdə yeni yanaşmanın formalaşmasına və siyasi partiyaların ölkənin ictimai-siyasi həyatında daha da fəal iştirakının təmin edilməsinə şərait yaradır.
Bütün hallarda siyasi dialoq prosesi milli məsələ olaraq, milli inkişafa xidmət edir və ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini artırır.
Düşünürəm ki, uğurla başlayan bu proses siyasi sistemimizi daha da gücləndirəcək və Azərbaycanın dayanıqlı dialoq ənənələrinin formalaşdırılması işinə xidmət edəcəkdir.
Müasir dövrün və yeni dünya nizamının tələbi olan yeni çağırışlar ortaya yeni siyasi islahatların həyata keçirilməsinə ehtiyacın olduğunu göstərir. Demokratik inkişaf və davamlı olaraq siyasi sistemin yenilənməsi yolunu seçən Azərbaycanda ardıcıl islahatlar həyata keçirilir. Siyasi proseslərdə iştirak edən partiyalar arasında güclərin balanslaşdırılması prosesinə öz töhfəsini verəcək “Siyasi partiyalar haqqında” yeni Qanun açıq və demokratik rəqabətə çağırış tələblərini irəli sürür.
Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür və bütün siyasi partiyalara bərabərhüquqlu münasibət bəslənilir.
Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR