TAİB-in İdarə Heyətinin üzvü TAPDIQ ƏLİBƏYLİ “G Ü N E Y S Ə S İ M”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

QUZEYLİ-GÜNEYLİYƏM

Bu dağın o üzündə
Ayrılıq var izimdə.
Səsimin əks-sədası
Ərdəbil…Təbrizimdə.

Dilimə dil uzadan
Danışdı cox ucadan…
Dində ki qardaş idik,
Çıxardı nə tez yaddan…

Quzeyli-Güneyliyəm,
Bölünüb, gileyliyəm…
Bütövlük amalımda
Yurduma güvənliyəm!..

MƏSLƏKDƏN ÇATILMIŞ OCAQDIR TƏBRİZ

Təbrizin nəfəsi Səhənd havası,
Surxabın al rəngi ruhuna hopub.
Əsrlər adlayan zaman qovğası
Ərənlər yurdunda köhlənin çapıb…

Məsləkdən çatılmış ocaqdır Təbriz;
Şöləsində aydın tarixi toran.
Burda babalardan qalan nişan-iz
Ulu məqamına bir möhür vuran!

Təbriz ucalığı, qocalığıyla
Gözümə-könlümə köçən gözəllik.
Şəhərlər içində qürur taçıyla
Azərbaycan adlı bir əzəlilik.

Gültək pardxlanan Təbriz xalçası
İki göz istəyir pərvanə olsun.
Günəşgözlü səhər sanki saçası,
Şövqə gəlir ürək, fərəhlə dolsun…

Araz ayırsa da o tay, bu taya –
Təbrizli, Bakılı Azərbaycana…
Bu ellər bağlıdır bir kökə, soya,
Əsil- nəcabətim bəlli cahana!

“HAY”A HƏYAN OLAN İRAN

Qəlbdə şeytan, əldə Quran,
“Hay”a həyan olan İran,
Başı duman başda duran
Fətva verir din adından…

Özün sanır “sahib-zaman”,
Gümanında yoxdu iman.
Gözünə mil – Azərbaycan,
Fürsət düşsə, verməz aman!..

Məkri dərin dayaz İran –
Əmmaməni yerə vuran,
Küfrün yolu sonda viran-
İslama dön, düşün, bir qan!..

SAÇILIR TƏNABDAN İŞIQ

İranın dar ağacları –
Tehranın gor ağacları
Sonbahar çiçək-çiçəkdi.
Edamlar azadlıq barı…

İblislər dönüb “dindara”,
Haqq deyən çəkilir dara.
Saçılır tənabdan işıq,
Zülmətdir baxırsan hara…

Baş molla “moizə” edir…
İrtica baş alıb gedir.
Din donu geymiş şərlatan,
Millətin günahı nədir?..

AĞA-DĞA SİĞƏSİ

Ağa – İran, dğa – haylar
Bir-birini nədən haylar?..
Zatı-kökü hiylə, dayaz –
Bir bezdənmiş demə soylar…

Siğə oldu ağa-dğa,
Xislətdə bir dğa-ağa…
Xoşbəxt olmaz xəbis-xain
Qoy bu cütlük etsin sırğa…

Göz dikənlər Qarabağa
Qərq olacaq qaranlığa.
Gedə bilməz bu gərdişlə
Ağa-dğa cox uzağa…

İRAN ƏMMAMƏSİ – İSLAM ƏMMASI

Haya həyan olan baş lənətullah
Əməldə, təməldə şaytandı vallah!
Gör, yada yalmanan saqqalı tula,
Necə tora salıb səni cəhalət.

İran əmmaməsi – islam əmması,
Zülmətə qərq olub yeri, səması.
Həqiqət görməyə kor ülaməsi
Ayələrdən ayrı görürmü cənnət?..

Dilinə gətirmə “Əhli beyt” sözün,
İran, haqq yolunu azmısan özün!..
Nə qədər yanında deyilsən düzün,
Qurandan uzaqsan, dinin xurafat…

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR