TAİB-in sədr müavini Eyvaz Hünbətov: “Vətəndaş Cəmiyyəti olaraq dövlət əhəmiyyətli layihələrə daha çox önəm veririk”
TAİB-in sədr müavini Eyvaz Hünbətov:
“Vətəndaş Cəmiyyəti olaraq dövlət əhəmiyyətli layihələrə daha çox önəm veririk”
“TAİB-in növbəti rüb üçün nəzərdə tutulan layihə və tədbirlərin icrasına başlanılıb, bu barədə aparılan müzakirələr yekunlaşıb. İdarə Heyətinin razılığına əsasən layihələr həm Azərbaycanın, həm də türk dünyasının prioritet məsələlərinə istinadən həyata keçirilir”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədr müavini, Turan Elmlər Akademiyasının fəxri professor, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov deyib.
O, bildirib ki, təşkilatın ötən rübdə gördüyü işlər təqdirəlayiqdir.
“Vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkişaf strategiyasının əsasını təşkil edir. Platformamızda demək olar ki, bütün türk dünyasından üzvlərimiz var. Ona görə də layihələrimiz Azərbaycan hüdudlarından kənarda da icra olunur. Bütün addımlar ümumtürk konteksində türk müdriklərinin rəyi ilə cəmiyyətə və dövlətə daha əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə hesablanıb. Bu il həm ümummilli liderimiz Heydər Əliyevin yüz illiyi, həm də Türkiyə Cümhuriyyətinin yüz illiyidir. Bu yöndə üç böyük, beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Hazırda İdarə Heyətində bu barədə geniş müzakirələr aparılır. Çünki konfranslarda türk dünyasının nüfuzlu, müdrik ağsaqqalları iştirak edəcəklər”-deyə sədr müavini vurğulayıb.
31 mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksinə səfərə hazırlıq görüldüyünü bildirən E. Hünbətov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında dəyirmi masa keçiriləcəyini də qeyd edib.