Qazaxıstanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Qazaxıstan Məclisinə (parlament) 19 mart tarixində keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd olunub ki, “Amanat” partiyası seçkilər nəticəsində lider olub və parlamentdə 40 mandat (53.9 faiz) əldə edib.
Yekun nəticələrə əsasən, “Aul” partiyası 8 mandat (10.9 faiz), “Respublika” – 6 mandat (8.59 faiz) əldə edib və seçkilərdə səs toplamış digər partiyalar parlamentdə müvafiq faiz nisbətində mandat əldə edib.