Azərbaycan-Türkiyə müttəfiqliyi region üçün yeni konfiqurasiya yaratdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dəyişən dünya nizamı, super dövlətlərin yeni coğrafiya uğrunda mübarizələri, maraqların toqquşması beynəlxalq aləmdə yeni konfiqurasoya yaratmağı tələb edir.

2022- ci ilin 24 fevral tarixindən başlayan və bu gündə davam edən Rusiya- Ukrayna müharibəsi dünyanın siyasi xəritəsinə və iqtisadi mənzərəsinə yeni bir rəng qatmışdır. Avropanın və Amerikanın dəstəyi ilə davam etdirilən bu müharibə, dünya üçün acı bir mənzərə yaratmaqdadır. Dünyada nüfuz- güc savaşının getdiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş, güclü mütəffiqə ehtiyacı var. Bu müttəfiqlik elə bir mütəffiqlik olmalıdır ki, bunun təməl prinsiplərində eyni kökdən, eyni dildən,eyni mədəniyyətdən olmaq əsas amillərdən olsun. Bu gün dünya üçün ehtibarlı tərəfdaş,sarsılmaz mütəffiqlik nümunəsini Azərbaycan-Türkiyə timsalında örnək göstərmək olar.

Bunu qardaş Türkiyəyə hər səfərində xüsusi vurğulayan prezident İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrini yüksək səviyyədə inkişaf etdirilməsini, bu əlaqələrin xalqımız arasında daim körpü rolonu oynayacağını bəyan etmişdir. Prezident İlham Əliyevin təbrincə desək “Azərbaycan və Türkiyə həm sevincli,həm kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq”.Bundan böyük ifadə ola bilməz. Qardaş gərək qardaşa öz etibarın və vəfasını göstərə bilsin. Çox şükürlər olsun ki, bu gün bu münasibətlər hər iki ölkə tərəfindən, xüsusilə, cənab Prezident İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyədə inkişaf etdirilir.
Cari ilin 6 fevral tarixində qardaş respublikanın bir neçə əyalətində baş vermiş təbii fəlakət xəbəri Azərbaycan xalqını dərindən sarsıtmışdır. Hadisələrin ilk günlərindən uşaqdan-böyüyə kimi hər kəs qardaş Türkiyənin yanında olmağa çalışdı. Bu xalqlarımızdan bir-birinə olan münasibətlərin ən üst səviyyədə təntənəsi idi. Türkiyə-Azərbaycan münasibətləri elə səviyyədə inkişaf edir ki, heç bir qüvvə bu münasibətlərə bundan sonrada kölgə sala bilməz.

Bu ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqaladə Zirvə görüşü keçirilmişdir.Bu zirvə görüşü prezident İlham Əliyevin təşəbbüsü ilə Ankara şəhərində baş tutmuşdur. Prezident İlham Əliyevin Zirvə görüşünün əhəmiyyətimdən bəhs edərək bildirmişdir. “Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardım etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər,tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələrində birimci olub. Xilasedicilərimiz və həkimlərimizin səyi nəticəsində də dağıntılar arasından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi xidmət göstərib. Bu gündən 45 miyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020 – ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi.Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajı gəlmişdir. 2021- ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə arasında Şuşa Bəyənnaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırlmışdır.Bu gün Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyə son 20 ildə Cümhurbaşqanı RəcəbTayyib Ərdoğanın liderliyi ilə böyük şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir”.

Bəli, Türkiyənin gücü bizi sevindirir, bu güc ölkəmizin və Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin regiondakı çəkisinə əlavə güc qatır. Türkiyə böyüdükcə dostları da böyüyür, bu nüfuz savaşında bir qardaş ölkə olaraq Azərbaycan hər zaman Türkiyənin yanındadır və qardaş ölkəyə olan istənilən təhdidə cavab verməyə gücümüz və qüdrətimiz yetər.
Yaşasın Türkiyə – Azərbaycan qardaşlığı!

Mürvət İbrahimov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR