QHT-nin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

QHT-nin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb

BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru xanım Tatyana Valovayanın katibliyinin QHT-lər üzrə departamentinin direktoru xanım Sofi Torelli ilə görüşüb.

Agsaqqallar.com xəbər verir ki, görüşdə Agentlik və BMT-nin Cenevrə bölməsi arasında qurulacaq əməkdaşlıq perspektivləri, eyni zamanda yerli QHT-lərin BMT-nin təsisatlarının və nizamnamə orqanlarının tədbirlərində iştirakı ilə bağlı müzakirələr aparılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR