Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xarici siyasətdə çoxtərəfli və ikitərəfli münasibətlərin inkişafını prioritet hesab edən Azərbaycanın beynəlxalq aləmdə gündən-günə nüfuzu artmaqdadır. Bu tərəfdaşlıqlar arasında Avropanın aparıcı iqtisadi gücü olan Almaniya xüsusi yer tutur. İki ölkə arasında ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və inkişafı baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən gün Almaniyaya işgüzar səfəri müntəzəm aparılan siyasi dialoqa böyük töhfə verəcəkdir.

Almaniya-Azərbaycan əlaqələrindən danışarkən bir məsələyə diqqət yetirmək lazımdır ki, Azərbaycan həm Almaniyanın, həm də bütövlükdə Avropa İttifaqının əhəmiyyəti artan etibarlı tərəfdaşıdır. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Memorandumun belə sürətlə icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.
Azərbaycan Avropa məkanına olan qaz ixracının coğrafiyasını genişləndirmək niyyətindədir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın qaza olan tələbatı daha da artmışdır. Avropanın 10 ölkəsindən qaz ixracatı ilə əlaqədar Azərbaycana sifarişlər gəlibdir. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılmışdır. Cari ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlar aparılır.
Bundan əlavə Azərbaycanın bərpaolunan enerji potensialının istismarı və işlənməsi Avropa İttifaqının marağındadır. Almaniyada keçirilən görüş zamanı Azərbaycanın yaşıl enerji sahəsindəki perspektivləri geniş müzakirə olunmuşdur.
Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və bu səbəbindən Azərbaycan uzunmüddətli kontraktlarda maraqlıdır.
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında söylədiyi fikirlər iki ölkə arasında olan münasibətlərin müsbət gələcəyindən xəbər verir.
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts: “Prezident İlham Əliyevin verdiyi məlumat ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir”, “enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik”, “Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir”.
Almaniya özünün Cənubi Qafqaz siyasətini yenidən nəzərdən keçirir və Azərbaycan bu məqamda Almaniya üçün etibarlı və vacib tərəfdaş qismində çıxış edir.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR