" />

“Prezident İlham Əliyev TDT-nin Zirvə görüşündə dünyaya növbəti dəfə tarixi mesaj ünvanladı” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.

Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı həmişəki kimi dərin mətləblərə söykəndi. Cənab Prezident bir neçə mühüm istiqaməti böyük məharətlə bir çıxışda əks erdirməklə məsələlərə daha geniş rakursdan baxdığını növbəti dəfə nümayiş etdirdi. Milli maraqlarımızın da əks olunduğu çıxış həm də Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri barədə aydın təsəvvürlər yaratdı.

Martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyev növbəti dəfə dünyaya tarixi mesaj ünvanladı”.

Bunu Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi Ramin Əhmədov Prezident İlham Əliyevin TDT-nin Türkiyədə keçirilmiş Zirvə görüşündəki çıxışı barədə Facebook səhifəsindəki paylaşımında qeyd edib.

Dövlət başçısının, “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır” bəyanatını vurğulayan Ramin Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı həmişəki kimi dərin mətləblərə söykənib:

“Cənab Prezident bir neçə mühüm istiqaməti böyük məharətlə bir çıxışda əks erdirməklə məsələlərə daha geniş rakursdan baxdığını növbəti dəfə nümayiş etdirdi. Milli maraqlarımızın da əks olunduğu çıxış həm də Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri barədə aydın təsəvvürlər yaratdı”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR