Məfkurə xanım unudulmazdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dilşünas alim Məfkurə Salam qızı Hüseynova Şərqi Zəngəzurda–Qubadlıda anadan olub. Orta təhsilini Qubadlı rayonunda alıb. Daha sonra təhsilini davam etdirərək Bakı Dövlət Universitetini və Respublika Bakı Ali Partiya məktəbini bitirmişdir.
Məfkurə xanım müxtəlif illərdə Qubadlı rayon Komsomol komitəsində I
katib və II katib, Azərbaycan Mərkəzi Komsomol Komitəsində təşkilatçı, Nəsimi
rayonu partiya komitəsində məsul işçi işləyib.
1971-ci ildən bugünədək Məfkurə xanımın həyatı Azərbaycan Tibb
Universitetinin Azərbaycan dili kafedrasına bağlıdır. Dəfələrlə Universitetin
rəhbərliyi tərəfindən fəxri diplomla təltif edilib, “İlin müəllimi” mükafatına layiq
görülüb. Azərbaycan dilinin tədqiqi, təbliği istiqamətində yorulmaq bilmədən
çalışır. Onun rus qruplarında Azərbaycan dili dərslərinə dair kitabları, dilimizə və
ədəbiyyatımıza həsr edilən məqalələri maraqla oxunur. Filologiya üzrə fəlsəfə
doktoru, dosent Məfkurə Hüseynovanın məqalələri nüfuzlu elmi dərgilərdə çap
edilmiş, publisistik yazıları “Zəngəzurun səsi” qəzetində işıq üzü görmüşdür.
İllərdir ki, ATU-nun Azərbaycan dili kafedrasının siması olan Məfkurə
xanım həm də layiqli vətəndaş, vətənpərvər insan, istiqanlı qohum, etibarlı dost,
qayğıkeş ana, sədaqətli həyat yoldaşı kimi ürəkləri fəth edib.
Dilşünas alim Məfkurə xanım təqvimin 2 tarixini önəmli sayır: 21 Fevral və
1 Avqust – dilimizin və əlifbamızın daha da diqqətdə saxlanılması üçün vacib
günlər.
1 avqust Məfkurə xanımın həm də nənə statusu qazandığı gün olaraq ikiqat
sevinclidir. Məfkurə xanım 3 övlad, 7 nəvə və 9 nəticə sahibidir. Övladlarına,
nəvə-nəticələrinə elmin, təhsilin əhəmiyyətini anladan Məfkurə xanımı ilk nəvəsi –
tibb üzrə fəlsəfə doktoru Aynur həkimi özü kimi alim kürsüsündə görməsi
qürurlandırır.
Tale elə gətirib ki, Məfkurə xanımı yaxından tanıyıram. Həmişə mənim
məsləhətçim, yol göstərənim olub. Bir növ müəllimimdir. Dilimizin incəliklərini
həmişə elmi əsərlərində sevə-sevə əks etdirib. Təbii ki, dilimizə sevgi hissi məni də
bu istiqamətə aparıb. Fəlsəfə doktorluğu üzrə elmi işimi dilçilkdən müdafiə etmiş,
elmlər doktorluğumu da elə bu sahədən götürmüşəm. Əlbəttə, burada Məfkurə
xanımın xidməti var. Onun incə xasiyyəti, mənimlə xoş rəftarı məni qırılmaz
tellərlə Məfkurə xanıma bağlayıb.
Önümüzdən Novruz bayramı gəlir. Mən Məfkurə xanımı Bahar bayramı
münasibətilə təbrik edir, ona can sağlığı və uzun ömür arzulayıram.

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Nigar Həsənova

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR