İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru: Qarabağda öz gözlərimlə görmüşəm ki, məscidlər necə dağıdılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində də deyib ki, islamofobiya uzun müddət Ermənistanın ideologiyasına çevrilib və bunun təbliğatı üçün Ermənistan bəzi ölkələrdən dəstək alıb.

Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Mohi Əbdulhəmid Bakıda islamofobiyaya dair konfrans çərçivəsində “Ermənistanın Azərbaycana və İslama qarşı nifrət yaratmaq dilemması” mövzusundakı paneldə deyib.

O, Qarabağda öz gözləri ilə məscidlərin necə dağıdıldığını gördüyünü bildirib.

“Müharibə dövründə Ermənistan mediası və erməni lobbisi öz təbliğatında Ermənistanı təcavüzkar deyil, təcavüz qurbanı kimi təqdim edirdi. 44 günlük müharibədə Azərbaycan Ordusu qələbə çaldı və bu qələbə Qərb mətbuatında qısqanclıqla qarşılandı. Biz gördük ki, bu, Avstraliya, Livan, Fransa mətbuatında daha çox qabardılırdı. Biz bəzi ərəb mətbuat nümunələrində də ikili standartları gördük ki, bu, qəbuledilməzdir. Müharibədən sonrakı dövrdə də görürük ki, Ermənistan bu qələbəmizlə barışmaq fikrində deyil. Ermənistanın apardığı kütləvi qırğınlar, işğal faktı erməni qəddarlığının nümunəsidir. Ermənistan öz fikirlərində haqlıdırsa, niyə Azərbaycanın mülki əhalisini, uşaqları, qadınları qətlə yetirirdi? Bu məsələlərdə, həqiqətin çatdırılmasında KİV-in üzərinə böyük iş düşürdü, həqiqəti bütün dünyaya çatdırmaq lazım idi. Eyni zamanda, siyasi aktivlik önəmli idi. Qərb dünyasında islamofobiyanın yayılması müsəlman olaraq bizi narahat edir. Qərb KİV-i həm İslama, həm də müsəlmanlara qarşı kəskin mövqe göstərir. Biz bu 44 günlük müharibədə də onun şahidi olduq. Qərb mətbuatı Ermənistanı dəstəkləyirdi. Bu, sanki müsəlmanlar və qeyri-müsəlmanlar arasında bir müharibə idi. Guya bu müharibə Ermənistanın tarixi torpaqları üzərində gedən müharibə idi. Ermənistan tərəfi yalandan iddia edir ki, Qarabağda kilsələr azərbaycanlı hərbçilər tərəfindən dağıdılıb, amma onlar məscidlərin dağıldığını inkar edirdilər. Mən öz gözlərimlə gördüm ki, orada məscidlər necə təhqir olunub, dağıdılıb. Özləri tərəfindən yandırılan kilsələri belə azərbaycanlıların işi kimi qələmə verirdilər, bunu Qərb mətbuatına belə təqdim edirdilər. Mən azad olunmuş ərazilərə səfərimdə gördüm ki, dini, milli zəmində məşhur olan şəxslərin məqbərələri, abidlər necə məhv edilib. Azərbaycanın məruz qaldığı bu müharibə dövründə Ermənistan tərəfi dünyaya çatdırmağa çalışırdı ki, guya Azərbaycan Ordusunda muzdlular var. Bu tamamilə əsassız, yalan iddialar idi. Azərbaycan bu müharibəyə məcbur edilmişdi, Ermənistanın etdikləri müharibəni qaçılmaz etmişdi. Suriyadan, Livandan gələn erməni muzdlular Ermənistan ordusunda vuruşurdu. Biz iraqlı müsəlmanların öhdəsinə düşən odur ki, biz islamafobiyaya qarşı bütün imkanlarımızla mübarizə aparaq, müsəlman Azərbaycan xalqına qarşı aparılan kampaniyalara qarşı çıxaq”, – o qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR