AMEA-nın Ümumi yığıncağı keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Martın 16-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Tədbirdə TAİB-in sədri, akademik Sudeif İmamverdiyev və sədr müavini, diaspor üzrə araşdırmaçı Elnur Eltürk də iştirak edib

Agsaqqallar.com xəbər verir ki, iclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb və giriş nitqi ilə çıxış edib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.
Sonra elmi nailiyyətlər sərgisinə baxış olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR