X Qlobal Bakı Forumunun Azərbaycan üçün əhəmiyyəti
Cari ilin 9 mart tarixində Bakı şəhərində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilmişdir.
Bakı Qlobal Forumunda dünyanın 60 ölkəsindən 350 nəfər iştirak edirdi. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezidentlər və baş nazirlər tədbir iştirakçısı idi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vacib və aktual mövzulara toxundu. Cənab Prezident dedi:” Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olub”.
Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında nitq söyləməsi və şairin Azərbaycan ədəbiyyatı üçün nə qədər önəmli olması, onun yaradıcılığının milli poeziyamızın şah əsəri olduğunu bir daha təsdiq etdi. Və bununlada bəzi farsbaş “alimlər”ə lərə tutarlı cavab verərək bildirdi ki, Nizami Azərbaycan şairidir, azərbaycanlıdır, Vətənidə Azərbaycandır. Dahi şairin azərbaycanlı olmasını dünya qəbul edir, şairimizi başqa bir ölkə ilə bölüşmək fikrimiz yoxdur.
Forum çərçivəsində Azərbaycanın Qoşulmama Hərəkatında 2019- cu ildə öz üzərinə götürdüyü öhdəliklərdən və bu öhdəlikləri layiqincə yerinə yetirilməsindən geniş bəhs edildi. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Covid 19- a dair BMT Assambleyasının Xüsusi sessiyasının təşkilinin təşəbbüskarı olduq. Pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılması və bu məlumat bazasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edilməsinə nail olduq. Koronavirusala mübarizə çərçivəsində Qoşulmama hərəkatına üzv olan 80- dən artıq ölkəyə naliyyə və humanitar yardımlar, ÜST-ə isə 10 milyon ABŞ dolları həcmində birbaşa ianələr etdik.
Tədbirin gedişində Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması istiqamətində erməni tərəfinin qeyri- konstruktiv mövqe tutması forum iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycan Qarabağ bölgəsində yaşayan ermənilərin digər vətəndaşlar kimi konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadə edəcəyi, layiqli həyat şəraitinin təşkil edilməsi istiqamətində bütün imkanlardan yararlanacaqları vurğulandı.Ölkəmizin enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaş olması, Azərbaycan neftinin, neft məhsullarının, təbii qaz və neft kimya məhsullarının Avropa bazarlarına çıxarılması istiqamətindəki səyləri, ölkəmizin önəmli və məsuliyyətli tərəfdaş olduğunun bir daha göstəricisidir.
Mürvət İbrahimov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi