“Vətəndaş cəmiyyəti institutunun mətbuat və sosial mediada rolu”-Gənclər yeni layihəyə start verdilər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Vətəndaş cəmiyyəti institutunun mətbuat və sosial mediada rolu”-Gənclər yeni layihəyə start verdilər

“11 mart 2023-cü il tarixində TAİB Gənclər Təşkilatının iclası keçirilib

İclasda “Vətəndaş cəmiyyəti institutunun mətbuat və sosial mediada rolu” adlı yeni layihəyə start verilib. GT sədri Sübhan Xıdırzadə layihənin məqsəd və məramından danışıb, layihənin müddəti barədə məlumat verib. Layihə çərçivəsində işçi heyəti formalaşdırılacaq, müqavilələr bağlanacaq və layihəyə cəlb olunanlara görəcəyi işlərlə bağlı ətraflı məlumatlar veriləcək”.

Bu barədə www.agsaqqallar.com saytına Gənclər Təşkilatının sədr müavini Qədir Quliyev açıqlama verib. O, bildirib ki, yeni layihənin müddəti 3 aydır.

“Bildiyiniz kimi inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlikdir. Vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi də məhz gənclərdən ibarətdir.

Biz gənclər hər zaman dövlət qayğısını hiss eləyir, dövlətin yürütdüyü gənclər siyasətinin uğurlu davam etməsindən bəhrələnərək ictimai birliklərdə, təşkilatlarda aktiv fəaliyyət göstərə bilirik. Bu gün Azərbaycan gəncləri hər sahədə öz sözlərini deyə bilirlər. Bilirsiz ki, 44 günlük Vətən müharibəsində gənclərimizin milli birliyinin şahidi olduq. Minlərlə gənc Ali Baş Komandan İlham Əliyevin çağırışına könüllü olaraq cəbhəyə yollandı. Zəfərdən sonra isə qərara aldıq ki, əvvəlki işimizi davam etdirək. İnformasiya müharibəsində öz sözümüzü deyək. Türk Ağsaqqalları Birliyi-TAİB-də bizə verilən geniş meydan və şəraitdən bəhrələnərək “Vətəndaş cəmiyyəti institutunun mətbuat və sosial mediada rolu” adlı layihəyə start verdik. Layihəyə ölkədə və xaricdə yaşayan gənclərin informasiya müharibəsində aktiv fəaliyyəti olan gənclər də cəlb olunacaq. Təşkilat böyüklərinin müdrikliyi və tövsiyyələri yenə də bizi uğura götürəcəyindən əminik. Çünki təşkilatda həm seçilmiş ağsaqqallar, həm də fəallıqları ilə seçilmiş gənclər var”-deyə sədr müavini vurğulayıb.

Qeyd edək ki, TAİB Gənclər Təşklatı bir ilə yaxındır ki, yaradılıb. Gənclər əhəmiyyətli layihələr, təlimlər, forumlar və ekskursiyalarla başqa gənclərə nümunə olmağa çalışırlar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR