" />

“Heydər Əliyev ölkəni böhranlardan xilas etdi” – ISESCO-nun sabiq baş direktoru

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə ISESCO-nun keçmiş baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanın təşkilata qoşulması barədə danışıb.

Tuveycri ilk dəfə Prezident Heydər Əliyevlə Mərakeşdə görüşdüyünü deyib.

Onun sözlərinə görə, həmin görüşdə Azərbaycanın təşkilata qoşulmasının vacibliyi vurğulanıb.

Sabiq baş direktor deyib ki, o vaxtdan bəri Azərbaycan və ISESCO arasında əməkdaşlıq dərinləşib: “Mən keçmişə baxanda deyirəm ki, bu böyük lider bu ölkəni qurdu. O, ölkəni böhranlardan xilas etdi, ölkə iqtisadiyyatı, büdcəsi dəfələrlə böyüdü. Səhiyyə, tibb, sosial sahələr inkişaf etdi. Ölkənin xarici siyasətini də vurğulamaq istəyirəm, Azərbaycan açıq xarici siyasət yürüdür. Bu gün mən Baş katib deyiləm, amma iki tərəf arasında münasibətlərin dərinləşməsindən məmnunluq duyuram. ISESCO Şuşada ofis açır, əməkdaşlıq dərinləşir, buna görə mən mərhum Prezident Heydər Əliyevə və hazırkı Prezident İlham Əliyevə minnətdaram”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR